ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru şəhid anasını ziyarət etdi - FOTO
Milli Qurtuluş günü ilə bağlı şəhid Cəmil Nəcəfovun ailəsi ilə görüş keçirilib.
Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi və "Heydər Əliyev ili" ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru Dr. Fərid Eyvazov, şəhid anası Mətanət Nəcəfovanın evində qonaq olub.
Şəhidin anası və onun ailə üzvləri ilə həmsöhbət olan Dr. Fərid Eyvazov 44 günlük Vətən müharibəsində şəhid olan zabitimiz Cəmil Nəcəfovun əziz xatirəsini yad edib, xalqın şəhidlərimizlə qürür duyduğunu diqqətə çatdırıb.
Şəhidin anası Mətanət Nəcəfova özü də ATU-nun Tədris-Terapvetik Klinikasının tibbi heyətinin üzvü, tibbi bacısı kimi fəaliyyət göstərir. M.Nəcəfova öz ailəsi adından ona göstərilən diqqət və qayğıya görə işlədiyi müəssisənin rəhbərliyinə səmimi minnətdarlığını bildirib.
Xatırladaq ki, Cəmil Nəcəfov 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 10-da Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra baş leytenant Cəmil Nəcəfov "Qarabağ" ordeni ilə, eləcə də "Vətən uğrunda", "Cəbrayılın azad olunması uğrunda" medalları ilə təltif edilib.



/ azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır