Avakov və "erməni soyqırımı" arasında hansı əlaqə var? - Ukraynadan ŞƏRH

Avakov və "erməni soyqırımı" arasında hansı əlaqə var? - Ukraynadan ŞƏRHAvakov və "erməni soyqırımı" arasında hansı əlaqə var? - Ukraynadan ŞƏRH
Türkiyə ilə ABŞ arasında münasibətlər getdikcə gərginləşir. ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətdiyi açıqlama Ankara ilə Vaşinqton arasındakı gərginləşmənin əsas göstəricisi deyildi. Daha vacibi bir az əvvəl baş verənlərdir. Söhbət Türkiyənin F-35 beşinci nəsil qırıcı proqramından xaric edilməsindən gedir.
Bu fonda, Azərbaycan kimi Türkiyəni də strateji tərəfdaşlar siyahısına daxil edən Ukraynanın, Ankaranın maraq göstərdiyi mühərrikləri tədarük edərək Türkiyənin aviatexnika bazarına girmə perspektivləri var. Bəs Ukraynanın nüfuzlu siyasətçilərindən biri Daxili İşlər Naziri Arsen Avakovun Kiyevin də Vaşinqton kimi "erməni soyqırımı"nı tanıması lazım olduğunu söylədiyini nəzərə alaraq buna nail olmaq mümkün olacaqmı? Güc strukturlarında heç kim onu fikrindən daşındırmadı. Üstəlik, belə bir qanun layihəsinin Ukrayna Ali Radasına təqdim oluna biləcəyi barədə şayiələr yayılıb, hansı ki, Türkiyə ilə Ukrayna arasındakı münasibətləri yaxşılaşdırmayacaq.
Caliber.Az üçün vəziyyəti ukraynalı beynəlxalq ekspert, politoloq Serqey Slobodçuk belə şərh edib:
- "Erməni soyqırımı" məsələsi (dırnaq işarəsi bizimdir - red.) ABŞ və Türkiyə münasibətlərində münaqişəli mövzudur. Ukrayna liderlərindən biri, daxili işlər naziri Arsen Avakovun timsalında nə gördük? O, operativ şəkildə süzereninə sadiqliyini nümayiş etdirdi. Halbuki ticarətin həcmi baxımından Türkiyə indi Ukrayna üçün ən vacib beş ölkədən biridir: 5.2% - bu Çin, Polşa, Almaniya və Rusiyadan sonra beşinci yerdir. Ancaq, gördüyümüz kimi, bu vəziyyətdə iqtisadi mülahizələr heç bir rol oynamır. Avakov kimi siyasətçilər üçün əsas olan ABŞ siyasətini dəstəklədiklərini nümayiş etdirməkdir.
Eyni zamanda, Ukrayna rəhbərliyinin Arsen Avakovla mübahisəyə cəsarət etmədiyini təəssüflə vurğulamaq olar. Daxili İşlər Nazirliyinin rəhbəri, bir daha təkrar edirəm, ABŞ siyasətini dəstəklədiyini nümayiş etdirdi (belə məsələlər onun səlahiyyətlərinə aid olmasa belə) və Amerika tərəfdarı olduğunu vurğulamaq üçün bir şans aldı - bu günümüzün ən sərfəli mövqeyidir.
"Soyqırım"ın tanınmasına gəlincə, mən ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin sözlərinə diqqət çəkərdim. O, üç məqama toxundu. Birincisi, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı heç bir qanuni iddia irəli sürməyəcək, çünki "erməni soyqırımı" 1915-ci ildə baş verib, "soyqırımı" konvensiyası isə 1951-ci ildə qəbul edilib. Hüquqi baxımdan konvensiya qüvvəyə minə bilməz. Səfir xüsusi olaraq Türkiyəyə qarşı beynəlxalq hüquqi iddialar irəli sürmək üçün heç bir əsasın olmadığına diqqət çəkdi.
İkincisi, Ağ Evin "erməni soyqırımı"nı tanıma qərarının səbəbi ABŞ və Türkiyə arasındakı fikir ayrılığıdır. Səfir elə beləcə açıq şəkildə dedi – "fikir ayrılıqları".
Üçüncü məqam: Linn Treysi, "erməni soyqırımı"nın tanınmasının Vaşinqtonla Ankara arasında siyasi bazarlıq məsələsi olduğunu söyləyib.
ABŞ və Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO çərçivəsində ABŞ-ın vacib müttəfiqidir. Lakin Bayden administrasiyası ABŞ və Türkiyə arasındakı fikir ayrılıqlarının təsirli şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirdi", - deyə o, sözlərini yekunlaşdırıb.
Dolayısıyla, bütün bu məsələlər yalnız və yalnız Birləşmiş Ştatlarla Türkiyə arasındakı münasibətlərə aiddir. Ukraynanın isə bununla heç bir əlaqəsi yoxdur. /oxu.az

Siyasi       Tarix: 29 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən son xəbərlər 2026 qarabag cəbhədən son xəbər