AVRO-2020: III turunun daha dörd oyunu keçiriləcək

AVRO-2020: III turunun daha dörd oyunu keçiriləcəkBu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq.
Publika.az xəbər verir ki, B və C qrupunda hərəyə iki oyun oynanılacaq. C qrupundakı oyunlar saat 20:00-da, B qrupunda isə saat 23:00-da təşkil olunacaq.
İki turdan sonra xalı olmayan Şimali Makedoniya yığması qrup lideri (6 xal) Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq. Niderlandlılar ötən turdan sonra növbəti mərhələyə vəsiqəsini təmin edib. "Yoxan Kroyff" stadionunda baş tutan görüşü Türkiyə FİFA referisi Cüneyt Çakır idarə edəcək.
C qrupunun əsas maraq doğuran görüşü Buxarestdə "Milli Arena"da oynanılacaq. Ukrayna millisi Avstriya seçməsi ilə qarşılaşacaq. Bu görüşdə növbəti mərhələyə adlayan komandanın adına aydınlıq gələcək. Avstraliyalılar bu matçda mütləq rəqibinə qalib gəlməlidir, heç-heçə Ukrayna seçməsini pley-off mərhələsinə çıxardacaq.
Günün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq son iki görüşü B qrupunda yer alan komandalar arasında oynanılacaq. "Sankt-Peterburq Arena"da Finlandiya seçməsi artıq pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə, Kopenhagendəkı "Parken" stadionunda isə Rusiya isə Danimarka millisi ilə üz-üzə gələcək. Bu qrupda iki turdan sonra aktivində 6 xalı olan Belçika millisi başçılıq edir. Hərəyə 3 xalı olan Rusiya və Finlandiya seçmələri 2-ci və 3-cü yerləri bölüşürlər. Danimarka isə 0 xalla dördüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

İdman       Tarix: 21 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun