AVRO-2020: İsveçrə millisi dörddəbir finala yüksəldi
Futbol üzrə İsveçrə millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Publika.az xəbər verir ki, iyunun 28-də Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionda Fransa və İsveçrə yığma komandaları üz-üzə gəliblər.
Argentinalı baş hakim Fernando Andres Rapallininin idarə etdiyi oyunda hesabı İsveçrə millisi açıb. Matçın 15-ci dəqiqəsində Steven Zuberin ötürməsini Haris Seferoviç baxımlı qolla tamamlayıb. Görüşün birinci hissəsi İsveçrə millisinin minimal üstünlüyü ilə başa çatıb -1:0.
Dünya çempionu Fransa millisi ikinci hissəyə daha fəal başlayıb. Təşəbbüsü ələ alan fransalı futbolçular qarşılaşmanın 57-ci və 59-cu dəqiqələrində Kərim Benzemanın dublu sayəsində hesabda önə keçiblər. Matçın 75-ci dəqiqəsində fransalı futbolçu Paul Poqba hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Haris Seferoviç dubl edib. Oyunun 90-cı dəqiqəsində isveçrəli forvard Mario Qavranoviç hesabı bərabərləşdirib.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Komandaların cəhdlərinə baxmayaq hesab dəyişməyib.
Dörddəbir finala yüksələn komanda penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən İsveçrə millisi növbəti mərhələyə adlayıb - 5:4.
İsveçrə millisi dörddəbir finalda İspaniya yığması ilə qarşılaşacaq. Matç iyulun 2-də Sankt-Peterburqda təşkil olunacaq.
Bundan əvvəl dörddəbir final mərhələsinin daha iki cütü müəyyənləşib. İyulun 2-də Münxendə Belçika və İtaliya, ertəsi gün isə Bakıda Çexiya və Danimarka milliləri qarşılaşacaqlar.
Qeyd edək ki, İsveçrə millisi "Avro-2020"nin qrup mərhələsinin iki oyununu Bakı Olimpiya Stadionunda keçirib. Uels yığması ilə oyunda 1:1 hesablı heç-heçə edən İsveçrə seçməsi Türkiyə millisini 3:1 hesabı ilə məğlub edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu