Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO

Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTOAvronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO
Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.
Öncə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili çıxış edərək quruma üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışıblar. Həmsədrlər bölgədə gedən siyasi proseslərə toxunublar, böhranların tənzimlənməsi zərurətinə diqqət yönəldiblər. Hazırkı pandemiya dövründə yalnız bütün ölkələrin birgə mübarizəsi, həmrəyliyi şəraitində koronavirus infeksiyasına qalib gəlməyin mümkün olduğu vurğulanıb.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi dünyanı bürüyən pandemiya şəraitində bölgədəki insanların həyatını xilas etmək üçün görülən işlərdən danışıb, koronavirus infeksiyasına qarşı peyvənd təminatı məsələsinə toxunub. Şərq Tərəfdaşlığı ölkələrində qonşuluq münasibətlərinin tənzimlənməsi, bir sıra sahələrdə inteqrasiyanın, iqtisadiyyatın inkişafına investisiya qoyulmasının vacibliyindən və digər məsələlərdən bəhs edib.
Avropa Komissiyasının vitse-prezidenti Luk Deviqne Şərq Tərəfdaşlığı ölkələrindəki siyasi vəziyyəti təhlil edib.
Plenar iclasda Avronest PA-nın 9-cu sessiyasında iştirak edən milli parlamentlərin təmsilçiləri öz çıxışlarında bir sıra lokal proseslərə münasibətlərini açıqlayıblar.
David Sassolinin rəsmi açılış mərasimindəki nitqi dinlənildikdən sonra fasilə elan olunub.
Avronest PA-nın plenar iclası bu gün işini davam etdirəcək.
Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTOAvronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTOAvronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO

Siyasi       Tarix: 20 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri