Avropa ABŞ-a QARŞI: Qərb Trampın Ukrayna planını necə MƏHV ETMƏK İSTƏYİR? 

Avropa ABŞ-a QARŞI: Qərb Trampın Ukrayna planını necə MƏHV ETMƏK İSTƏYİR? Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirir. Bu məqsədlə həmin dövlətlər öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər. Bu ölkələrə Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələr daxildir. Bəs görəsən, bu ölkələrin Ukraynaya ordu yeritməsi praktiki cəhətdən mümkündürmü? Əgər ordu Ukraynaya daxil olsa, bu, müharibənin gedişinə necə təsir edər?
Mövzunu KONKRET.az-a politoloq İlyas Hüseynov şərh edib:
Avropa ABŞ-a QARŞI: Qərb Trampın Ukrayna planını necə MƏHV ETMƏK İSTƏYİR? "Uzun müddətdir ki, Avropa dövlətlərindən ibarət ordunun Ukraynaya göndərilməsi məsələsi müzakirə edilir. Hətta müharibə bitdikdən sonra sülhməramlı adı altında qoşunların ora yeridilməsi mövzusu gündəmdə idi. Amma müharibənin uzanması, Rusiya və ABŞ arasındakı danışıqlar və əlaqələr Avropanı bir qədər də düşünməyə vadar edib. Artıq Avropa uzun müddətdir gedən müzakirələrin nəticəsində koalisiya yaratmaq və bir sıra dövlətlərdən ibarət ordunu Ukraynaya göndərmək niyyətindədir. Hesab edirəm ki, koalisiya qüvvələrindən ordunun Ukraynaya göndərilməsi çox geniş formada eskalasiyaya və müharibənin miqyasının artmasına səbəb olacaq. Bunun ABŞ tərəfindən necə qarşılanacağı da böyük maraq doğurur. Çünki Tramp müharibəni dayandırmağa, mineral ehtiyatları istismar etməyə və savaşdan qazanclı çıxmağa çalışır. Görünən odur ki. Trampın bu planı Avropa tərəfindən qəbul olunmur və maraqlıdır ki, Böyük Britaniya da koalisiya qüvvələri arasında yer almağa çalışır. Burada Ukrayna və Britaniya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanması önəmli əhəmiyyət kəsb edir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 11 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber sou xeberler havanın temperaturu ən son xəbərlər