Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəldi
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.
Publika.az xəbər verir ki, təmsilçimiz Gülnar Məmmədova Laura Unuk (Sloveniya) üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə o, 5-ci yerə yüksəlib.
Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva Marina Brunello (İtaliya), Xanım Balacayeva Mariya Qevorqyan (Ermənistan), Xəyalə Abdulla Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar.
Günay Məmmədzadə serbiyalı İnjac Teodora, Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Mammədyarova Anna Qvantseladze (Rusiya), Türkan Mammədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva isə Petronela Paraşiv (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Andrea Navroteskuya (Fransa) məğlub olub.
Səkkiz turdan sonra G.Məmmədzadə 5,5, Ü.Fətəliyeva, G.Beydullayeva, X.Balacayeva 5, Zeynəb Məmmədyarova 4, T.Məmmədyarova, X.Abdulla 3,5, N.Babayeva 3, A.Allahverdiyeva 2,5 xal toplayıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı