Avropa dövlətləri karantin qadağalarını ləğv edir
Avropa dövlətləri karantin qadağalarını ləğv edir
İsveç bu gündən etibarən COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb.
İctimai Səhiyyə Agentliyinin rəhbəri Karin Teqmark Uisell bildirib ki, bu gündən ölkədə COVID-19-lə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Onun sözlərinə görə, dövlət xərcə görə COVID-19 testlərini dayandırıb:
"Həftəlik COVID-19 testləri dövlətə 55 milyon dollara, aylıq xərc isə 220 milyon dollara başa gəlirdi, buna görə də koronavirus testlərinə son qoyduq".
Bu gündən etibarən yalnız tibb işçiləri pulsuz koronavirus testi verə biləcək.
Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub.
Eyni zamanda Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.
Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq.
Mənbə: Anadolu /oxu.az
Turlar.az [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?