Avropa Ermənistanı cəzalandırmaq QƏRARINA GƏLDİ: "Son qərarını ver"
Avropa rəsmiləri Ermənistan hakimiyyətini cəzalandırmaq qərarına gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə "Hrapak" qəzeti yazıb. Nəşr bildirir ki, iyunun 19-25-də AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti pərdəarxası avropalı tərəfdaşlara 3 təkliflə çıxış edib. Təkliflər ermənipərəst addımlar və bəyanatlarla bağlı olub.
"Xüsusən də əsirlərin qaytarılması ilə bağlı təklif var idi. Amma hakim "Vətəndaş Müqavilə"si partiyasındakı mənbəmiz bildirdi ki, beynəlxalq partnyorlar deputatlarımızın təqdim etdiyi təkliflərlə, hazırlanmış mətnlə tanış olub və heç bir etirazlarının olmadığını bildiriblər.
Lakin İrəvan qərar verməyincə onlar heç bir məsələdə Ermənistanın maraqlarını müdafiə etməyəcəklər.
Ermənistan qərar verməlidir: Avropanın yanındadır, yoxsa Rusiyanın yanında? Son zamanlar Avropa rəsmiləri Ermənistan hakimiyyətinin atdığı addımları onları "atmaq" cəhdi kimi qiymətləndirirlər.
Buna görə də Ermənistanı cəzalandırmaq qərarına gəliblər. Ən azından Ermənistanı son qərarını və harada olduğuna qərar verməyə, Rusiya ilə əlaqələri tamamilə kəsməyə sövq edilir. AŞPA-ya gələn nümayəndələrdən şərh almaq mümkün olmadı", – deyə qəzet qeyd edir.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?