Avropa İrana görə AYAĞA QALXDI - Nələr olacaq?

Avropa İrana görə AYAĞA QALXDI - Nələr olacaq?Avropanın bir sıra ölkələri İranda dinc etirazçılara qarşı zorakılıq hallarına etiraz olaraq rəsmi Tehrana diplomatik kanallarla etirazlarını bildiriblər.
KONKRET.az xəbər verir ki, Böyük Britaniya, Fransa, İspaniya, Finlandiya və Niderlandın xarici işlər nazirlikləri İranın bu ölkələrdəki səfirlərini çağıraraq baş verən hadisələrlə bağlı narazılıqlarını ifadə ediblər.
Böyük Britaniyanın xarici işlər naziri Kuper İran hakimiyyətini zorakılığa son qoymağa çağıraraq Tehrana "dinc nümayişçilərə qarşı güc tətbiqinin dərhal dayandırılması" ilə bağlı ciddi xəbərdarlıq edib.
Niderlandın xarici işlər naziri van Veel isə bildirib ki, iranlı diplomat rəsmi şəkildə "həddindən artıq zorakılıq, kütləvi həbslər və internetin kəsilməsi" ilə bağlı etirazın çatdırılması üçün XİN-ə dəvət olunub. Onun sözlərinə görə, bu addım Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə atılıb.
Finlandiya Xarici İşlər Nazirliyi açıqlamasında İran rejiminin interneti qəsdən söndürdüyünü vurğulayaraq, bunun "öldürmək və təzyiq göstərmək məqsədilə səssiz mühit yaratmaq" üçün edildiyini qeyd edib.
İspaniya isə İranda informasiya blokadasına, etirazçıların həbslərinə son qoyulmasını tələb edərək, dinc aksiyalara qarşı zorakılığın qəbuledilməz olduğunu bəyan edib.
Avropa ölkələrinin bu addımı İranda baş verən hadisələrlə bağlı beynəlxalq təzyiqlərin artdığını göstərir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 14 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag