Avropa İttifaqı demokratiyanı necə müdafiə edir?

Avropa İttifaqı demokratiyanı necə müdafiə edir?Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanunun qəbulunu qarşısını bütün mümkün vasitələrlə almağa çalışan, bunu demokratiyaya zərbə adlandıran Avropa İttifaqı özü analoji qanun layihəsi qəbul etməyə hazırlaşır.
Demokratiya dedikdə, Brüssel və Vaşinqtonda yalnız Qərbi seçmək azadlığı başa düşülür…
Bu günlərdə Avropa İttifaqı, Avropa Parlamenti və Avropa Şurası bir daha sübut edirlər ki, beynəlxalq siyasətdə maraqların təmin olunmasının heç bir mənəvi prinsipi yoxdur. Brüssel strateqləri yenidən siyasi realizm, "soyuq müharibə" dövrü ədəbiyyatını oxumağa və tətbiq etməyə başlayıblar. Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanunun qəbulunu bütün mümkün vasitələrlə qarşısını almağa çalışan, bunu demokratiyaya zərbə adlandıran Avropa İttifaqı özü analoji qanun layihəsi qəbul etməyə hazırlaşır. Bu barədə 14 martda nüfuzlu "Politico" nəşri məlumat yayıb. Bu məlumata görə, Avropa İttifaqı qeyri-hökumət təşkilatlarını, konsaltinq və elmi sahədə işləyən qurumları Birlik hüdudlarından kənarda aldıqları hər hansı maliyyə haqqında məlumatı açıqlamağa məcbur edəcək qanun üzərində işə başlayıb. Bu qanunun ABŞ və Avstraliyada artıq qüvvədə olan qanunlara bənzəyəcəyi gözlənilir. Aİ-də hazırlanmaqda olan qanun bütün kommersiya və qeyri-kommersiya təşkilatlarından xaricdən alınan istənilən vəsait, o cümlədən elmi fəaliyyət üçün qrantlar barədə hesabat verməsini nəzərdə tutacaq.
Artıq bir sıra QHT-lər və Avropa mühafizəkarlarını təmsil edən siyasi qüvvələr öz narahatlıqlarını bölüşüblər. Avropa mediasında Brüsselin Gürcüstanda bu cür qanunun qəbuluna qarşı çıxdığı və Tbilisiyə güclü təzyiq etməsindən sonra Avropa İttifaqının özünün bu təşəbbüslə çıxış etməsinin nə dərəcədə düzgün olması ilə bağlı müzakirələr açılıb. Lakin Brüssel və Avropa komissarları narahat görünmürlər. Çünki, onların bütün təşəbbüslərə, səhvlərə, yanlışlara ikili standartlarla bağlı unversal izahı, səbəbi və bəhanəsi var.
Maraqlı səslənir və həyacan yaradır, bu necə səbəb ola bilər? Axı Brüssel Gürcüstana bu qanunla əlaqədar müzakirə aparmaq, bu və ya digər formada qəbulu imkanlarını götür-qoy etmək fürsəti belə vermədi. Gürcüstana bu qanunu qəbul etməyə imkan verməyən, "Xarici təsir agentləri haqqında" Qanun layihəsini hər hansı formada qəbul oluna biləcəyi imkanı rədd edən Avropa İttifaqı özünün bu cür qanun qəbulunu necə əsaslandıra bilər? Əlbəttə ki, demokratiyanın müdafiəsi ilə…
Demokratiyanın müdafiəsi adı ilə bütün vasitələrə haqq qazandırmaq olar.
Demokratiyanın müdafiəsi adı altında Avropa İttifaqının bütün hərəkətlərinə, hərəkətsizliyinə haqq qazandırmaq olar. Görünür "Demokratiyanın müdafiəsi" məfhumunu Avropa İttifaqında Aristotelin ilk səbəb ideyası kimi başa düşürlər və hesab edirlər ki, bu "müdafiə" bütün vasitələri nəzərdə tutur və legitimlik qazandırır. Aİ Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar 25 fevralda bəyan etdi ki, "bu Aİ normaları və dəyərləri ilə uyğun deyil". ABŞ-dan isə daha sərt bəyanat səslənmişdi. Dövlət Departamentinin sözçüsü Ned Prays martın 7-də bəyan etdi ki, Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanuna görə ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər: "Bizim dünyanın istənilən ölkəsində insan hüquqlarının boğulmasına görə məsuliyyət daşıyan hər kəsi hesaba çəkməyə imkan verən alətlər dəsti var". ABŞ Avropa İttifaqı ilə müqayisədə təhdidlərlə bağlı daha səmimi təsir bağışladı… AŞPA-nın Gürcüstan üzrə məruzəçiləri Klod Kern və Edit Estrella da qanun layihəsinin demokratik standartlarla bir araya sığmadığını bəyan etdilər.
Bu açıqlamalar göstərdi ki, Brüssel və Vaşinqtonda Makiavellinin "məqsəd vasitəyə haqq qazandırır" prinsipini "demokratiyanın müdafiəsi adı ilə bütün vasitələrə haqq qazandırmaq olar" kimi tətbiq etməyə başlayıblar. Baxmayaraq ki, Avropa İttifaqı özü xarici təsirlərin qarşısının alınması məsələlərini uzun müddət idi ki, müzakirə edirdi. Avropa Parlamentinin 18 iyun 2020-ci il tarixli qərarı ilə Avropa İttifaqında bütün demokratik proseslərə, o cümlədən dezinformasiyaya xaricdən müdaxilə ilə bağlı xüsusi komitə (İNGE) yaradıldı (2020/2683(RSO). Komitə bu il 23 yanvarda "Dərin təhlil-hüquqi boşluqlar və xarici müdaxilə riski" adlı hesabat da təqdim edib. Bütün bunlar Aİ-nin Gürcüstana münasibətdə və ümumiyyətlə, xarici siyasətdə ikili standartın bariz nümunəsidir. Belə ki, artıq iki ildir ki, xarici təsirlər problemini müzakirə edən və müvafiq qanunvericlik islahatları həyata keçirməyə çalışan Brüssel Tblisinin bu cür hüquqi alətlərə malik olmasını rəva bilmədi.
Brüsseldə hesab edirlər ki, Gürcüstan cəmiyyəti, yerli QHT-lər üçün xaricdən aldıqları maliyyə barədə məlumat ala, legitim hökumət isə xaricdən maliyyələşmənin şəffaf olması ilə bağlı mexanizm yarada bilməz, amma Avropa İttifaqı yarada bilər. Bu cür mexanizmin yaradılması ABŞ-da, Aİ-də, İngiltərədə, Avstraliyada demokratiyanın qorunması məqsədilə xarici təsirin qarşısının alınmasıdır, Gürcüstanda isə demokratiyanın boğulmasıdır. Yəni ABŞ-da, Aİ-də, İngiltərədə, Avstraliyada hüquqi və fiziki şəxslər, qeyri-kommersiya qurumları, media subyektləri xaricdən maliyyələşdirildikdə demokratiyaya təhdid yaranır, Gürcüstanda və digər ölkələrdə bu baş verdikdə isə demokratiya inkişaf edir. Yalnız ABŞ, Aİ-nin Gürcüstan və digər ölkələrin qeyri-kommersiya qurumları, media subyektlərini maliyyələşdirməsi gizli qalmalıdır, yalnız bu halda demokratiya etibarlı qorunur…
Burada ancaq qara yumor köməyə gələ bilər… Ola bilsin ki, Gürcüstan hakmiyyəti səhv etdi və xarici təsirlərin doğurduğu riskləri önləmək üçün hazırlanmış qanun layihəsi "Demokratiyanın xarici təsirlərdən qorunması haqqında" qanun layihəsi adlandırılsaydı ABŞ və Brüssel bu qədər qəzəblənməzdilər…
Demokratiya Qərbi seçmək azadlığı kimi başa düşülür…
Əlavə etmək olar ki, Gürüstanda daxili siyasi mühit və proseslərə xarici təsirlər probleminin müzakirəsi və həlli təşəbbüslərinin qarşısını almaqla ABŞ və Aİ xüsusi nümunə yaratdılar. Daha həvəslənənlər olmasın. Belə ki, 2016-cı ildə İsraildə, 2017-ci ildə Macarıstanda bənzər qanunlar qəbul edilib. 2018-ci ildə Estoniyada bu məsələ ilə bağlı müzakirələr başlayıb, Ermənistanda 2021-ci ildən bəri bununla bağlı təkliflər səsləndirilir. Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci ildə Rusiyanı "xarici agent" statusu almış qeyri-kommersiya təşkilatlarına təzminat ödəməsini nəzərdə tutan qərar qəbul etmişdi. AİHM Rusiya hakimiyyətinin sərbəst toplaşmaq və birləşmək hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsini pozduğuna dair qərar vermişdi. Görünür Brüssel və Vaşinqtonda AİHM qərarının təsirinə o qədər də inanmayıblar…
Gözləmək olar ki, Brüssel və Vaşinqton yaxın gələcəkdə demokratiya müdafiəsi adı altında daxili siyasi mühit və proseslərə legitim və qeyri-legitim xarici təsir konsepsiyasını hazırlayacaqlar. Artıq buna bənzər təcrübə var, məsələn Yaxın Şərq coğrafiyası ölkələrinə hərbi müdaxilə əhalinin avtoritar rejimlərin qırğınından, təzyiqindən, represiyalardan və s. qorunması ilə əsaslandırıldı və dinc əhalinin diktatorlardan müdafiəsi unversal prinsip, öhdəlik və məsuliyyət kimi bəyan edildi. ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsini bu prinsiplə əsaslandırmağa da cəhd edirdilər. Iraq Body Count layihəsinin hesablamalarına görə, 2011-ci il dekabrına qədər İraqda 162000 adam öldü və həlak olanların 79% mülki şəxslərdir… "Sivilizasiyaların toqquşması" nəzəriyyəsinin banisi Samuel Hantinqton qeyd edirdi ki, "İraqın işğalı terrorizmin canlanmasına töhfə verib".
İndi demokratiyanın müdafiəsi universal prinsip, öhdəlik və məsuliyyət kimi bəyan edilir. Sadəcə demokratiya dedikdə Brüsssel və Vaşinqtonda xarici siyasət məsələlərində özlərinə münasibətdə tam hərəkət azadlığı, digər ölkələrə münasibətdə isə yalnız Qərbi seçmək azadlığı başa düşülür…
Zaur İbrahimov
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri / konkret.az

Siyasi       Tarix: 22 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal bugun krimnal xeber son xeber.az xeber.az 2026