Avropa İttifaqı Rusiya ilə bağlı QƏRAR VERDİ
Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər. Lakin sənədin fevralın 23-də keçiriləcək iclasda təsdiqlənməsi ehtimalı azdır.
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Şurasının iclası öncəsi Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, hazırkı mərhələdə danışıqlarda ciddi irəliləyiş gözlənilmir. Yeni məhdudlaşdırıcı tədbirlər paketinin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasının ildönümünə qədər razılaşdırılması planlaşdırılırdı.
Eyni zamanda, Macarıstan sənədin qəbuluna qarşı çıxıb. Ölkənin xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Ukrayna "Drujba" boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyənədək Kiyev üçün əhəmiyyətli qərarları dəstəkləməyəcək.
Sanksiya paketinin müzakirəsi Aİ-yə üzv dövlətlər səviyyəsində davam etdiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq