Avropa İttifaqından daha bir "hücum" - ƏTRAFLI

Avropa İttifaqından daha bir İrəvan Rusiyadan və onun nəzarətində olan strukturlardan uzaqlaşmaq üçün daha bir addım atıb. Məlum olub ki, KTMT-nin Ermənistana hərbi dəstəyi və bu ölkəyə sərhəd müşahidə missiyasının göndərilməsi ilə bağlı sənəd layihəsi rəsmi İrəvanın xahişi ilə müzakirədən çıxarılıb.
KONKRET.az xəbər verir ki, bunu Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə KTMT-nin baş katibi İmanqali Tasmaqametov deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan isə KTMT-nin Minsk sammitində iştirakdan imtina ediblər.
Tasmaqametovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Şurası Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması tapşırığını yerinə yetirə bilməyib. "Ermənistan tərəfi, bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, sənədə heç bir maraq göstərmədilər və üstəlik, yekunda onun, ümumiyyətlə, gündəlikdən çıxarılmasını xahiş etdilər", – deyə KTMT-nin baş katibi qeyd edib.
Kollektiv hərbi dəstək və KTMT-nin sərhəd müşahidə missiyasının Ermənistana göndərilməsi ilə bağlı sənəd layihəsi ötən ilin payızında Azərbaycanla sərhəddə baş vermiş üç günlük irimiqyaslı toqquşmadan sonra hazırlanıb və təşkilatın İrəvanda keçiriləcək sammitində təsdiq olunmalı idi. Lakin Ermənistan tərəfi bu sənəd layihəsi ilə razılaşmayıb və buna görə də onu imzalamaqdan imtina edib. Ermənistan baş naziri tədbirin yekun bəyannaməsinə imza atmayıb.
Ermənistan rəsmiləri bildiriblər ki, KTMT əvvəlcə sərhəddə baş verən toqquşmalara siyasi qiymət verməlidir. Yəni İrəvan üzv olduğu hərbi blokdan hərbi-siyasi dəstək almaq istəyirdi. Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasını yerləşdirməyi üstün sayan Ermənistan KTMT-nin hərbi missiyasının xidmətindən imtina edib. Bu isə rəsmi Moskvanı qəzəbləndirib və iki ölkə arasında münasibətlər daha da pisləşib.
Hətta Ermənistan yekun sənədə imza atmaqdan imtina edəndə də KTMT yardım və sərhəd missiyasının göndərilməsi ilə bağlı sənəd layihəsini yenidən işləməyə hazır olduğunu bəyan edib. Son bir il ərzində Rusiya Ermənistanı sərhəddə KTMT missiyasının yerləşdirilməsinə icazə verməyə çağırıb. Lakin indi məlum olub ki, rəsmi İrəvan KTMT-yə hər hansı hərbi dəstəkdən və onunla sərhəddə vəziyyətin monitorinqində iştirakdan tamamilə imtina edib.
Eyni zamanda, Ermənistan hər həftə Qərb strukturları ilə yeni sənəd imzalayır. Bir gün əvvəl Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Ermənistan və Avropa İttifaqı arasında Aİ missiyasının statusu haqqında saziş imzalayıblar. Sənəd Aİ-nin Ermənistandakı missiyasının hüquqi statusunu tənzimləyir. Xatırladaq ki, Aİ missiyası 2023-cü il fevralın 20-də iki illik mandatla fəaliyyətə başlayıb və Aİ ekspertləri və üzv ölkələrin müşahidəçiləri də daxil olmaqla 103 nəfərdən ibarət beynəlxalq tərkibə malikdir. Bir həftə əvvəl Aİ onu genişləndirmək qərarına gəlib.
Rusiya hələlik yalnız Ermənistanla Qərbin yaxınlaşmasını, bu yaxınlarda Rusiyanın yüksək rütbəli rəsmisinin dediyi kimi, onun "sıçrayışla Ukraynaya çevrilməsini" müşahidə edir. Rusiyanın "Kommersant" qəzeti yazır: "Moskva ilə eyni ittifaqda olan İrəvan açıq şəkildə Avropaya inteqrasiyada maraqlı olduğunu deyir. Avropa Birliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edən monitorinq missiyasının sayını yaxın vaxtlarda artırmağı planlaşdırır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 22 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az