Avropa İttifaqının vahid ordu ideyasına nöqtə qoyuldu

Avropa İttifaqının vahid ordu ideyasına nöqtə qoyulduAvropa İttifaqının (Aİ) uzun illərdir müzakirə edilən vahid müdafiə ordusunun yaradılması planlarına Brüsselin ali rəhbərliyindən kəskin etiraz gəlib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas (Kaja Kallas) quruma üzv dövlətlərin vahid və ortaq bir ordu formalaşdırmasının əleyhinə olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu barədə Kiprdə keçirilən Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-formal toplantısının yekunlarına dair təşkil olunmuş mətbuat konfransında danışıb.
Kallas mətbuat qarşısında çıxış edərək bu ideyanı niyə dəstəkləmədiyinin hüquqi və hərbi səbəblərini izah edib: "Mən əlavə bir ordunun yaradılmasını niyə dəstəkləmirəm? Çünki hər bir üzv dövlətin onsuz da özünün cəmi bir ordusu var. Bu ölkələrdən 23-ü həm də NATO-nun üzvüdür. Əgər siz həmin ordunu NATO-nun ixtiyarına verirsinizsə, deməli, ondan başqa bir yerdə istifadə edə bilməzsiniz. Siz sadəcə paralel olacaq ikinci bir ordu yarada bilməzsiniz".
Avropalı baş diplomat böhran anlarında hərbi idarəetmədə xaosun yaranmaması üçün strukturların dəqiq bölünməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gərginlik və kritik məqamlarda "kimin nə işlə məşğul olduğunu" hamının aydın dərk etməsi üçün çaşqınlıq yarada biləcək paralel hərbi strukturların qurulmasından uzaq durmaq lazımdır.
Kallas eyni zamanda qeyd edib ki, Avropa İttifaqı daxilində hibrid hücumların və təhdidlərin qarşısını almaq məqsədilə artıq xüsusi "böhran reaksiyası qrupları" formalaşdırılıb. Bu qrupların fəaliyyətinin kifayət qədər uğurlu olduğunu deyən Aİ rəsmisi onların gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb: "Lakin bu qrupların inkişafı mövcud ordulara alternativ, yeni bir ordu yaratmaq məqsədi daşımamalıdır".
Hərbi ekspertlər Kallasın bu bəyanatını Brüsselin Vaşinqton və NATO ilə hərbi sahədə rəqabətə girmək istəməməsi və Avropanın təhlükəsizlik arxitekturasında Şimali Atlantika Alyansının mütləq rolunu tanıması kimi qiymətləndirirlər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler ən son xeberler cəbhədən video oxu.az xeberler