Avropa siyasətçilərinin başı dərddə - Miqrasiya problemi bitmək bilmir

Avropa Sosialistlər Partiyasında miqrasiya siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Milli nümayəndəliklər arasında mövcud olan ziddiyyətlər iyulun sonunda 72 mindən çox insanın Mərakeşdən İspaniyanın Seuta anklavına qanunsuz keçməsi ilə bağlı böhrandan sonra daha da kəskinləşib.
KONKRET.azxəbər verir ki, Danimarkanın sosial-demokrat Baş naziri Mette Frederiksen İtaliya, Almaniya, Finlandiya və İsveç liderləri ilə birlikdə İspaniya hökumətinin böhran zamanı atdığı addımları tənqid edib.
"Bunlar Seutada zorakılığı əks etdirən görüntülərdir. 2015-ci ildəki vəziyyətin təkrarlanmasına yol verməyəcəyik", – Frederiksen həmin vaxt Danimarkanın "Ritzau" xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı dərhal bütün zəruri tədbirləri görməli və Şengen zonası çərçivəsində əməkdaşlığın dayandırılması da daxil olmaqla, bütün variantları nəzərdən keçirməlidir.
Frederiksen İtaliyanın sağçı Baş naziri Giorgia Meloni ilə birlikdə Aİ-nin 22 üzv dövlətinin nümayəndələri tərəfindən imzalanan məktubun təşəbbüskarlarından biri olub. Sənəddə İspaniyanın təxminən yarım milyon miqrantın statusunu leqallaşdırmaqla bağlı qərarına etiraz edilib. Məktub müəllifləri bu addımı Seuta böhranına səbəb olan "cəlbedici amil" kimi qiymətləndiriblər.
Danimarka Baş naziri daha da irəli gedərək miqrasiya məsələsində Meloni ilə eyni mövqeni bölüşdüyünü nümayiş etdirib. O, üçüncü ölkələrdə miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasının sürətləndirilməsi və nəzarətsiz miqrasiyaya qarşı mübarizə aparılması barədə birgə bəyanatı imzalayıb.
Bu mövqe Avropa Sosialistlər Partiyasının daxilində narazılığa səbəb olub.
Partiyanın sədri Stefan Löfvenə həftənin əvvəlində göndərilən məktubda Avropa Parlamentinin nüfuzlu deputatları Peppe Provenzano (İtaliya) və Xavi Lopes (İspaniya) Frederikseni "seçici həmrəylik" nümayiş etdirməkdə ittiham ediblər.
"Bu, yolverilməzdir. Avropalı tərəfdaşlarından biri görünməmiş təzyiqlə üzləşdiyi halda, öz siyasi ailəmizin nümayəndəsi Seutadan Aİ-yə sərbəst hərəkətin olmadığını nəzərə almadan, sırf təbliğat məqsədilə Şengen qaydalarını dayandırmaq qərarına gələn İtaliya Baş naziri Giorgia Meloni ilə koordinasiyalı şəkildə hərəkət etməyi üstün tutub", – məktubda deyilir.
Müraciətin müəllifləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri zamanı Kopenhagenin də Aİ-nin dəstəyindən yararlandığını xatırladıblar.
Onların fikrincə, Frederiksen "miqrasiyanı daimi fövqəladə vəziyyət kimi təqdim edən radikal sağın narrativini" mənimsəyib. Məktub müəllifləri qeyd ediblər ki, Avropaya qanunsuz miqrant axını ilin əvvəlindən təxminən 40 faiz azalsa da, Danimarka hökuməti siyasi baxımdan sərfəli qorxu və narahatlıq atmosferini gücləndirir.
Danimarka Sosial-Demokrat Partiyasının rəsmi nümayəndəsi və parlament üzvü Rasmus Stoklund isə bu tənqidlərə güzəştə getməyib. O bildirib ki, sosial-demokratların miqrasiya məsələsində sərt mövqeyi dəyişməyib.
Stoklundun sözlərinə görə, partiya Aİ-nin xarici sərhədlərinin gücləndirilməsini və Avropadan kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasını dəstəkləməyə davam edəcək.
Danimarka sosial-demokratları ilə Avropa Sosialistlər Partiyasının digər üzvləri arasındakı fikir ayrılığı yeni deyil. Danimarkanın Avropa Parlamentindəki üç deputatdan ibarət nümayəndə heyəti dəfələrlə miqrasiya ilə bağlı sənədlərdə qrupun mövqeyinə qarşı səs verib.
Lakin İspaniya və İtaliya nümayəndəlikləri üçün digər siyasət sahələrində olduğu kimi, miqrasiya məsələsində də qrup xəttindən fərqli mövqe sərgiləmək bir məsələdir. Meloni kimi sağçı liderlərlə açıq şəkildə yaxınlaşmaq isə tamam başqa məsələdir.
"Danimarkanın miqrasiya və sığınacaq məsələlərindəki mövqeyi Avropa Parlamentindəki sosial-demokrat qrupunun yanaşması və səsvermə xətti ilə bağlı aydın gərginlik yaradır", – Avropa Parlamentinin ispaniyalı deputatı Xuan Fernando Lopes Aqilar Euronews-a bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə problem daha da kəskinləşib. Çünki məsələ yalnız miqrasiya və sığınacaq siyasəti ilə məhdudlaşmır, eyni zamanda bir üzv dövlətlə həmrəylik məsələsini də əhatə edir.
Euronews-un məlumatına görə, Danimarka Sosial-Demokrat Partiyasının – Avropa Sosialistlər Partiyasının təsisçilərindən biri olan – təşkilatda üzvlüyü hələlik sual altına alınmayıb. Hazırda əsas məqsəd bu həssas məsələ ilə bağlı partiya daxilində ortaq mövqe formalaşdırmaqdır.
Məktub müəllifləri məsələnin oktyabrın 15–16-da keçiriləcək Avropa Şurası sammitindən qısa müddət əvvəl baş tutacaq partiyanın prezidium iclasında müzakirə olunmasını təklif ediblər.
Beləliklə, Avropa Sosialistlər Partiyasında miqrasiya siyasəti ətrafında yaranan fikir ayrılığı artıq ayrı-ayrı deputatların mövqeyi çərçivəsindən çıxaraq, partiyanın ümumi siyasi xətti ilə bağlı müzakirəyə çevrilir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 21 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026