Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJ

Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJAvropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJ
Yolumuz tarixboyu sivilizasiyaların göz bəbəyi olan, haqqında romanlar yazılan, mahnılar oxunan, filmlər çəkilən qədim İstanbuladır. Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyinin (TGA) dəvəti ilə təşkil olunan səfər çərçivəsində bu qədim şəhəri yenidən kəşf etmək fürsətim oldu.
Hava limanında özbəkistanlı həmkarlarla görüşərək qalacağımız hotelə üz tuturuq. Bir qədər dincəldikdən sonra şəhəri gəzmək üçün yola düzəlirəm. Bu şəhərdə daha öncə bir neçə dəfə olsam da, sanki ilk səfərim kimi həyəcanlıyam.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJTürk yurdunun gövhəri, tarixi sərvəti olan şəhərdə ilk dayanacağımız Müqəddəs Sofiya Məbədidir (Ayasofiya). Sultan Əhməd meydanında bütün əzəməti ilə bizi qarşılayan, tarixən üç dəfə inşa edilmiş bu əsər günümüzdə "Üçüncü Ayasofiya" olaraq bilinir.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMəbədə mərkəz hissədən sol tərəfdə yerləşən qapıdan daxil oluruq. 2020-ci ildə məscidə çevrildikdən sonra bu qapı ibadət etmək istəyən müsəlmanlar üçün keçid hesab olunur. Ümumilikdə isə məbədi muzey kimi ziyarət etmək istəyən turistlər qədim tikilinin sağ tərəfindən arxaya doğru, Topqapı Sarayı ilə üzbəüz yerləşən qapıdan keçə bilərlər.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJSəfərimiz Ramazan ayının ilk günlərinə təsadüf etdiyindən ibadət üçün gələn insanların sayı həmişəkindən çoxdur. Bu məbədi, əslində, tarixin danışan üzü kimi də təsvir etmək olar. Çünki dəfələrlə buranı ziyarət etməyimə baxmayaraq, hər dəfə yeni hekayə, yeni məlumatlarla tikilinin nə dərəcədə sirli olduğunu bir daha yəqin edirəm. Elə bu faktların özü təkcə buranı ziyarət etmək üçün Türkiyəyə gələn turistlərin sayına böyük təsir göstərir.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMəbədin möhtəşəmliyi elə giriş qapısından hiss olunur və insanı heyran edir. Tarixin ən gözəl qapılarından biri hesab olunan Müqəddəs Sofiya Məbədinin qərb fasadındakı xarici narteksdən daxili narteksə keçərkən 5 qapı sizi qarşılayır. Ortada, sağ və solda tuncla örtülmüş üç böyük palıd qapının 1500 yaşı var. Qalan iki qapı isə ilk üçü ilə müqayisədə, təəssüf ki, orijinallığını qoruya bilməyib. Əslində, Ayasofiya ilk dəfə tikiləndə qapıların sayı 7 olub.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJBurada yerləşən qapılar, çilçıraqlar, günbəzlər, sütunlar, bir sözlə, hər şey o qədər nəhəng, o qədər dəbdəbəlidir ki, məbəd elə girişdəcə öz ehtişamı ilə insanı sanki kiçildir və qədim tikilini istər-istəməz yuxarı baxaraq gəzmək mümkün olur. Hər birinin qanadlarının uzunluğu 151 santimetr olmaqla 5 metrə çatan, hündürlüyü tarixi abidənin tam mərkəzinə açılan əkiz qapıların 1500 illik astanasından içəri keçəndə məbəd bütün cazibəsi ilə bizi salamlayır.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMüqəddəs Sofiya Məbədi memarlıq baxımından bazilika planı ilə mərkəzi planı birləşdirən qübbəli bazilika tipli binadır, günbəz keçidi və daşıyıcı sistem xüsusiyyətləri ilə memarlıq tarixində mühüm dönüş nöqtəsi hesab olunur.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJİstanbulun yeddi təpəsindən birincisi üzərində taxta damlı bazilika olaraq inşa edilən və həmin dövrdə "Böyük Kilsə" olaraq bilinən bu tikilinin layihəsi 360-cı ildə, II Konstantinin hakimiyyəti dövründə həyata keçirilib. 404-cü il üsyanı zamanı baş verən yanğın nəticəsində böyük ölçüdə dağıdılan kilsədən salamat qalan heç bir qalıq yoxdur. İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Müqəddəs Sofiya Məbədi 1934-cü ildə alınan qərarla 86 il muzey kimi fəaliyyət göstərib.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMəbəddə gəzərkən vaxtın necə keçdiyini anlamaq çətinləşir. Minarələrdən ucalan azan müsəlmanları zöhr (günorta) namazına səsləyir. Biz isə Ayasofiya məscidindən Sultan Əhməd məscidinə üz tuturuq.
Məscid Osmanlı Sultanı I Əhməd tərəfindən 1609-1617-ci illər arasında İstanbuldakı tarixi yarımadada memar Sədəfkar Mehmed Ağa tərəfindən tikilib. Bu abidə göy, yaşıl və ağ İznik çiniləri, həmçinin yarımqübbə və böyük günbəzinin içərisi daha çox mavi rəngli əl işləri ilə bəzədildiyi üçün avropalılar tərəfindən "Göy məscid" adlandırılıb. 1934-cü ildə Ayasofiya məscidi muzeyə çevrildikdə isə İstanbulun əsas məscidi ünvanına sahib olub.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJRamazan ayının ehtiramla qeyd olunduğu qardaş ölkə Türkiyədə, demək olar ki, bütün məscidlərdə izdiham hiss olunur. İnsan seli Sultan Əhməd məscidindən də yan ötmür. Məscidin dəbdəbəli və zövqlə bəzədilmiş tarixi fasadının kandarından həyətinə boylanır, içəri keçə bilmək üçün növbə gözləyirəm. Nəhayət, məscidə daxil olanda tolerantlığın daha bir nümunəsi ilə üz-üzə dayanıram. Belə ki, Ramazan ayı və namaz saatı olmasına baxmayaraq, məscidin içərisində dinindən, dilindən, irqindən asılı olmayan insanların yüzilliklərlə ayaqda dayanan tikilinin füsunkar görünüşünü heyranlıqla izlədiyini müşahidə edirəm.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMöhtəşəm dini məbəd qarşısında xatirə fotosu çəkdirib növbəti ünvana - Ortaköy məscidinə doğru yola düşürük. Böyük Məcidiyə məscidi kimi də tanınan bina Ortaköy limanının şimal ucunda yerləşir. Məscidin özünəməxsus memarlığı və yerləşdiyi lokasiyanın mənzərəsi insanı valeh edir. Bir çox yerli və xarici filmlərdə də bu məscidin görüntüsünə tez-tez rast gəlmək olar.
Məscid 19-cu əsrdə tikilib. Həmin dövrün sultan məscidlərində olduğu kimi, bu məscid də girişin qarşısındakı harim bölməsi və sultan köşkündən ibarətdir. Qərbdəki sultanın girişi istisna olmaqla, hər iki hissənin tərkibi şimal-cənub oxuna uyğun olaraq simmetrikdir.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJQazaxıstan, Özbəkistan və Qırğızıstandan olan həmkarlarımızla burada da məscidin yaratdığı füsunkar mənzərə qarşısında şəkil çəkdirir, Ortaköyün məşhur "Kumpir" yeməyindən dadmaq üçün darısqal, tarixi küçələrlə onun satıldığı restorana üz tuturuq.
Avropa və Asiyanı birləşdirən müqəddəs möhür - İstanbuldan REPORTAJMərmərə dənizinin sərin küləyi bizi üşütsə də, İstanbulun ecazkar mənzərələrini izləyərək dincəlmək üçün qaldığımız hotelə yollanırıq.
"Report" İnformasiya Agentliyi

Maraqlı     Baxılıb: 225   Tarix: 19 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeber qurban bayrami 2026 son xeberler azerbaycan