Avropada qiymətlər rekord həddə artdı
Avropada qiymətlər rekord həddə artdı
Avrozonada inflyasiya fevral ayında illik ifadədə 5,9 faizə yüksəlib ki, bu da 2002-ci ildə avronun tam dövriyyəyə buraxılmasından bəri mütləq rekorddur.
Bu barədə "Eurostat"ın saytında bildirilir.
Təşkilat belə göstəriciləri Avropada enerji qiymətlərinin sürətlə artması ilə əlaqələndirir. Fevralda onların qiymətləri 3,12 faiz bahalaşıb. Ən yüksək inflyasiya səviyyəsi Litvada (14 faiz), Estoniyada (11,6 faiz) və Çexiyada (10 faiz) qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, yanvarda inflyasiya 5,1 faiz təşkil edib. Avropa İttifaqında illik inflyasiya yanvardakı 5,6 faizlə müqayisədə fevralda 6,2 faiz təşkil edib.
Ukraynadan ərzaq tədarükünün əngəllənməsi fonunda Aİ ciddi problemlərlə üzləşib.
"Ukrayna dünyanın ən böyük qida istehsalçılarından biridir, biz Ukraynadan çoxlu idxal edirik. Bu, qarğıdalı idxalının 52 faizini, buğdanın 19 faizini təşkil edir, bu gün hər şey bloklanıb... Bu, Aİ üçün böyük problemdir", - deyə Avropa Komissiyasının Kənd Təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski bildirib.
Regionda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər hazırlanır.
Mənbə: Lenta.ru /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?