Avropalılar ABŞ və Çindən turist qəbul etmək istəmir - SORĞU
İtaliya sakinlərinin üçdə ikisi amerikalı turistlərin ölkələrinə gəlməsini istəmir.
Publika.az xəbər verir ki, "YouGov" araşdırma şirkətinin məlumatına görə, rəyi soruşulanların 61 faizindən çoxu ABŞ, 57 faizi Çin, 44 faizi ingilisləri İtaliyada görmək istəmir.
Oxşar vəziyyət Fransa, İspaniya, Almaniya, Danimarka, Norveç və Finlandiyada müşahidə edilib.
Həmin ölkələrdə respondentlərin 61-79 faizi bu yay ABŞ qonaqlarına qarşı çıxış edib. 55-77 faiz sorğu iştirakçısı Çindən gələn turistləri qəbul etmək istəmədiklərini deyib.
Amerikalı respondentlərin yalnız 17 faizi tətillərini bu yay İtaliyada keçirməyə hazır olduqlarını, təxminən eyni miqdarda amerikalı isə Fransa, İspaniya və ya Almaniyaya gedəcəklərini bildirib. Lakin İsveç və İngiltərə səslərin 20 faizini toplayıb.
İtaliyada respondentlərin yalnız 9 faizi ABŞ-da, 6 faizi Çində tətil etməyi düşünəcəklərini deyib.
İtalyanlar üçün ən cəlbedici ölkələr İspaniya (23 faiz), Finlandiya (22 faiz) və Norveç (20 faiz) olub. Lakin sakinlərin əksəriyyəti bu il heç yerə getməyəcəklər.
İtaliya İctimai Fikir Araşdırma İnstitutunun son araşdırmasına görə, respondentlərin 90 faizdən çoxu ölkələrində qalacaqlarını söyləyib.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək