"Avropanın 3-5 "ceyran"ı 8 Martda guya qadın hüquqlarını qoruyur" – Partiya sədri
"Biz - Azərbaycan xalqı 8 Martı, demək olar ki, Sovet qurulandan bəri qeyd edirik. 8 Mart, adətən Azərbaycanda xanımların günü kimi qeyd olunur və bütün insanlar xanımlara əlavə xüsusi diqqət, qayğı göstərir. Heç zaman Azərbaycanda qadın haqlarının pozulması, qadınların əzilməsi kimi məsələlər 8 Martda gündəmə gəlməyib. İndi 3-5 Avropanın "ceyran"ı, 3-5 nəfər Avropadan qrant alan burada 8 Martda guya qadın hüquqları-filan qoruyur".
Bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı 8 Mart günü Bakıda keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu aksiyalarda onların özlərindən başqa heç kim olmur:
"Feministlik, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun gəlməyən şüuarlar - görürsünüz cəmiyyət də belə şeyləri yad qarşılayır. Hər il də özlərindən başqa heç kim olmur, hər il azala-azala gedirlər. İnşallah, kökləri də kəsiləcək".
Tural Abbaslı bildirib ki, Azərbaycanda heç zaman gender problemi olmayıb:
"Azərbaycan xalqı, Azərbaycan kişisi, övladı, qardaşı öz anasının da, öz bacısının da, yoldaşının da qədrini bilir. Onların qeydinə qalır. Azərbaycanda heç zaman gender problemi olmayıb, qadın-kişi ayrıseçkiliyi-filan olmayıb. Yalnız qadınlara qarşı müsbət mənada ayrıseçkilik olub. Bu gün kimlərinsə xoşuna gəlmək üçün, fərqli görsənmək üçün və ya haradansa 3-5 manat qrant qazanmaq üçün belə oyunlardan çıxmağa ehtiyac yoxdur".
"Maraqlısı budur ki, bu aksiyanı təşkil edənlərin böyük əksəriyyəti cəmiyyətdə həyat tərzlərinə görə müsbət qarşılanmayan insanlardır. Boş-boş adamlardır. Bu, bizə yad prosesdir və inşallah, Azərbaycanda tutmaycaq", - deyə Tural Abbaslı əlavə edib.
Aydın Nuri
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir