"Avropanın Rusiya qazından tam imtinası yaxın perspektivdə şübhəlidir" - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına, o cümlədən idxal-ixrac əməliyyatlarına ağır zərbə vurdu. Məsələ burasındadır ki, tətbiq edilən ağır sanksiyalara baxmayaraq Avropa hələ də Rusiyadan asılı haldadır. Bu asılılıq neft-qaz sektorunda xüsusi paya malikdir. İşğalçılıq və imperiya niyyətindən əl çəkməyən Rusiya Avropa dövlətlərini alternativlər axtarmağa məcbur edir. Onlardan biri də Polşadır. Belə ki, bu günlərdə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski bildirib ki, ölkəsi Rusiyadan qazın tədarükü üzrə qısamüddətli müqavilələrdən imtinaya hazırdır.  Varşava həmçinin "Qazprom" ilə dekabrda başa çatacaq uzunmüddətli əlaqəni bərpa etməyəcək. Bəs görəsən, Polşanın Rusiya qazını əvəzləmək üçün alternativ bazarı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan enerji eksperti Zəfər Vəliyev bildirib ki, Polşa  lazım olan tədarük həcmlərinin bir hissəsini Norveçdən idxal edə bilər: "Bağlanmış uzunmüddətli müqavilələr əsasında Polşa hər il Rusiyadan 10 milyard kubmetr qaz ixrac edir. Təbii ki, nəzəriyyədə Polşa üçün Rusiya qazına alternativ variantlar mövcuddur. Lakin praktiki cəhətdən Avropanın Rusiya qazını əvəzləməsi ilə bağlı mənbələr çox zəifdir. 2021-ci ildə "Qazprom" Avropaya 155 milyard kubmetr qaz ixrac edib. Əgər Polşa Rusiya qazından tam imtina edərsə alternativ mənbələr tapmalıdır. Alternativ mənbə isə  Norveçdir. Norveç bu il Avropaya 115 milyard kubmetr qaz tədarükü ilə bağlı mövqe ortaya qoyub. Ötən il Norveç Avropanın qaz bazarlarına 112 milyard kubmetr qaz ixrac edib. Hazırda Avropanın qaza olan tələbatının 40 faizi daxili mənbələr hesabına ödənilir. Bu mənada Polşa Rusiyanın qaz həcmlərini ən yaxşı halda mayeləşmiş təbii qaz həcmləri vasitəsilə əvəz edə bilər. Həmçinin, Polşa lazım olan tədarük həcmlərinin bir hissəsini Norveçdən idxal edə bilər.
Ekspertin fikrincə Polşa ABŞ, Qatar və mayeləşmiş təbii qaz ixrac edən digər dövlətlərlə danışıqlar apara bilər: "İlin sonuna kimi ümumi vəziyyət bəlli olacaq. Beynəlxalq Enerji Agentliyi Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından, xüsusilə də qaz asılılığından azad etmək üçün 10 maddədən ibarət tədbirlər planı ortaya qoyub. Avropa Komissiyası  isə aprel-may aylarında Rusiya qazının idxalının kəskin azalması ilə bağlı tədbirlər paketini müzakirəyə çıxaracaq. Yəqin ki, həmin ərəfədə alternativ mənbələr açıq şəkildə göstəriləcək. Aprel ayında isitmə mövüsümü başa çatır. Polşa da daxil olmaqla Avropa ölkələrinin qarşısında dayanan əsas vəzifələrdən biri sənaye və kommunal sektorun təbii qaza olan gündəlik tələbatın təmin etməkdir. Bunun hansı formada həyata keçiriləcəyi qarşıdakı aylarda bəlli olacaq. Bütün hallarda Avropanın Rusiya qazından tam imtinası yaxın perspektivdə şübhəlidir".
Şəbnəm Mehdizadə,
Konkret.az

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun