Avropanın siyasi mərkəzində NATO-Azərbaycan müzakirələri nəyə hesablanıb? - TƏHLİL

Avropanın siyasi mərkəzində NATO-Azərbaycan müzakirələri nəyə hesablanıb? - TƏHLİL Avropanın siyasi mərkəzində NATO-Azərbaycan müzakirələri nəyə hesablanıb? - TƏHLİL
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Qərbin siyasi paytaxtı Brüsselə səfəri zamanı keçirdiyi görüşlər iki hadisə fonunda diqqət çəkir.
Birincisi, Azərbaycan dəfələrlə müharibə zamanı Şuşaya atılan "İskəndər-M" raketi barədə narahatlığını ifadə edib .
Aydındır ki, "İskəndər-M" NATO üçün də əsas təhdidlərdən biri sayılır və hərbi təşkilat Kalininqrada yerləşdirilən M modifikasiyalı raketlərə görə narahatlığını dilə gətirib.
İkincisi, son günlər Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində baş verən hadisələr Qərbin də diqqət mərkəzindədir.
İndi Hikmət Havıyevin səfər proqramında ilk olaraq NATO baş katibinin müavini Mirça Geoana ilə görüşü diqqət çəkir.
Görüşə dair rəsmi açıqlamadakı informasiya yükü olduqca kasaddır, bircə bilinən budur ki, tərəflər Azərbaycan-NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Avropanın siyasi mərkəzində NATO-Azərbaycan müzakirələri nəyə hesablanıb? - TƏHLİL Qərbin Cənubi Qafqazda artan maraqları NATO-dan da hədəfləri konkretləşdirməyi tələb edir. Onu da nəzərə alaq ki, NATO dolayısı da olsa, Türkiyə vasitəsilə ilə Cənubi Qafqazdakı hərbi proseslərdə iştirak edir. 
Türkiyənin Qarabağdakı hərbi fəaliyyəti NATO üçün də əlavə imkanların nəzərdən keçirilməsi baxımından önəm kəsb edir. 
Yəqin ki, bağlı qapılar arxasında aparılan Hacıyev-Geoana danışıqlarında NATO-Azərbaycan əməkdaşlığının perspektiv hədəfləri də müzakirə edilib. 
Bununla belə, Azərbaycanın xarici siyasət vektorları bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə əsaslanır, yəni NATO ilə əməkdaşlığın dərinləşməsi heç də Kremllə münasibətləri soyutmağa hesablanmayıb. Məsələ burasındadır ki, NATO özü də başqa cəbhələrdə tərəzinin gözündə Moskvanın ağırlığını azaltmaq niyyətlərini aydın ifadə edir.
Cənubi Qafqazda isə NATO hələlik zəif bənddir, amma perspektiv üçün planları nəzərdən keçirdiyi şübhəsizdir.
Digər bir məqama fikir verək: NATO-nun lider üzv ölkəsi ABŞ son zamanlar Qarabağdakı postmüharibə dövrü üçün doktrinasının bəndlərini hissə-hissə də olsa açıqlayır.
ABŞ üçün Azərbaycan xüsusi önəm kəsb edir: Bunun səbəblərinə gəlincə:
1. Vaşinqton Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinə böyük dəstək göstərir.
2. ABŞ Cənub Qaz Dəhlizini Avropanın Rusiya qazından asılılığın azaldılması kimi də nəzərdən keçirir.
3. Qərb siyasi dairəsinin əsas həlqəsi olan Avropa özü də bunda maraqlıdır və bu istiqamətdə siyasətini həm ABŞ, həm də Bakı ilə uzlaşdırmaqda maraqlıdır.
İndi Ağ Ev açıq mətnlə Bakı ilə İrəvan arasında tarazlığını nümayiş etdirmək istəyir, lakin proseslərin arxasında Bakıya daha çox yatırım edir.
Enerji sahəsində ABŞ və Avropanın müştərək maraqları Azərbaycanın əhəmiyyətlilik dərəcəsini artırır. Ancaq Bakının da bunun qarşılığında tələbləri var – postmüharibə dövrü üçün ədalətli mövqe.
Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə də görüşüb.
Oliver Varhelyi "Twitter" hesabında bildirib ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edilib.
Avropa İttifaqının Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı da müzakirə olunub.
Hikmət Hacıyevin səfərindən aşağıdakı nəticəyə gələ bilərik:
NATO və Avropa Birliyi post münaqişə periodunda Azərbaycanın tələb və təkliflərini nəzərdən keçirir, 
Azərbaycan NATO ilə əlaqələrin dərinləşməsindən maraqlıdır, məqsəd isə proseslərdə NATO-nun dəstəyini gücləndirməyə hədəflənib, 
Bakı beynəlxalq güclərə münasibətini balanslaşdırılmış şəkildə ortaya qoyur. Bu prizmadan Bakı balanslı siyasət bazası əsasında əsas oyunçularla münasibətlərini dərinləşdirməyi qarşıya hədəf qoyub. 
Aqşin Kərimov

Siyasi       Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari valyuta mezennesi metbuat xeberleri az xeber