"Avropaya tədarük etdiyimiz qaz 4-5 il əvvəl kontraktlaşdırılıb" - PREZİDENT

Azərbaycanın Avropaya qaz tədarükünə başladığı bütün həcmlər 4 və ya 5 il əvvəl, Trans-Adriatik Qaz Kəməri (TAP) tikildiyi zaman kontraktlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə hazırda spot bazarındakı qazın qiymətinin artması ilə Azərbaycan Avropa bazarına tədarükü artırmağa hazır olduğu və hansı miqdarda olacağı ilə bağlı verdiyi suala cavab verərkən deyib.
"Belə sorğular bizə mövcud vəziyyəti nəzərə almaqla Avropa Komissiyasının məsul nümayəndələri tərəfindən daxil olur. Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik Qaz Kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni, bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın", – deyə Prezident bildirib.
Uzunmüddətli kontraktlara gəldikdə isə Prezident İlham Əliyev bildirib ki, bunun üçün təbii ki, əlavə olaraq sərmayə qoyulmalıdır: "Söhbət böyük həcmlərdən gedirsə, o cümlədən Trans-Adriatik Qaz Kəmərinin genişləndirilməsinə sərmayə qoymaq lazımdır, çünki o, bizim qazın həcminə uyğun hesablanmışdı. Bütün bunlar, təbii ki, böyük xərc və təminat tələb edir. Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yəqin başa düşürlər ki, bu, həll oluna bilməz. Spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər. Lakin deməliyəm ki, bizim üçün ən cəlbedici tərəfdaş Türkiyədir. Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. İkincisi, Türkiyə bazarında artan tələbatdır və Rusiya iri təchizatçıdır. Bazar da böyüyür, çünki Türkiyədə qazlaşdırma prosesi gedir. Lakin yaxşı şərtlər təklif olunduğu təqdirdə, əlbəttə, biz istənilən digər variantı gözdən keçirə bilərik".
Ölkə başçısının sözlərinə görə, hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir: "Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin, aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq".

Sosial       Tarix: 24 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xabar valyuta mezennesi cəbhədən son dəqiqə