"AVRORA QRUP" aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb - FOTO
Avrora Qrup korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır. Bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası keçirmişdir.
Şirkət yardım aksiyası zamanı Ramana qəsəbəsində yerləşən "Nur" uşaq evinə və 8-ci mikrorayonda yerləşən "Azərbaycan Uşaqlar İctimai Birliyi" nəzdində fəaliyyət göstərən "Uşaq Sığınacağı Reinteqrasiya Məkəzi"nə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırmışdır.
Bundan başqa şirkət Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin dini icması ilə birgə aztəminatlı, şəhid və qazi ailələrinə yardımların paylanması üçün dəstək göstərib. Aksiya çərçivəsində 50 ailəyə qida və gigyenik vasitələr çatdırılıb.
Məlumat üçün bildirək ki, Avrora qrup 2022-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 600 dən çox ailəyə də ərzaq yardımı göstərmişdir.






Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR