"Avroviziya"da qaydalar dəyişdi: Yeniliklər həm iştirakçılara, həm də tamaşaçılara təsir edəcək

"Avroviziya"da qaydalar dəyişdi: Yeniliklər həm iştirakçılara, həm də tamaşaçılara təsir edəcək
Martın 11-də "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları müsabiqənin saytında qaydalarda dəyişiklik edildiyini açıqlayıblar.
Təşkilatçıların fikrincə, bu, yarışı daha da maraqlı edəcək.
İlk dəfə olaraq, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi Böyük Beşlik ölkələrindən, eləcə də ev sahibi İsveçdən olan sənətçilər əvvəllər olduğu kimi fonoqramla deyil, yarımfinal zamanı canlı çıxış edəcəklər.
Hər yarımfinalda onlardan üç çıxış olacaq. Birinci yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya, ikincidə isə Fransa, İtaliya və İspaniyadan olan musiqiçilər iştirak edəcəklər.
Digər bir yenilik o olacaq ki, finalda tamaşaçıların səsverməsi birinci mahnının ifasından bilavasitə əvvəl başlayacaq. Beləliklə, televiziya tamaşaçıları bütün müsabiqə iştirakçılarının çıxışını gözləməkdənsə, mahnılar ifa olunarkən öz səslərini verə biləcəklər.
Bundan əlavə, müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçıların çıxışlardan əvvəl favoritlərinə səs vermək üçün demək olar ki, 24 saat vaxtı olacaq. Qalan hər kəs üçün onlayn səsvermə hər bir yarımfinal və final üçün ikinci məşq başa çatdıqdan dərhal sonra başlayacaq və canlı çıxışlar başlayana qədər davam edəcək.
"Əvvəllər final üçün səsvermə 26 iştirakçının hamısı mahnısını oxuyub qurtardıqdan sonra açılırdı. Bunun əvəzinə biz tamaşaçıları əvvəldən prosesə cəlb etmək istəyirik. Bəyəndiyiniz çıxışı görsəniz, dərhal səs verə bilərsiniz. Əlbəttə, nəticələrin əvvəlki illərdə olduğu kimi sonda hesablanması üçün gözləyə də bilərsiniz", - deyə müsabiqənin icraçı prodüseri Ebba Adelsson yeni qaydaları izah edib.
Təşkilatçılar daha bir yeniliyin olacağını da elan ediblər, lakin hələlik bu barədə danışmayıblar.
Xatırladaq ki, "Avroviziya 2024" mahnı müsabiqəsinin finalı mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək. Yarımfinallar isə mayın 7-si və 9-na təyin edilib.
Mənbə: gordonua.com / oxu.az

Şou Biznes       Tarix: 12 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət son xeber xeber.az son xeberler cəbhədən xəbərlər