Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?

Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?Venesuelada illərdir davam edən siyasi və konstitusion böhran ABŞ-nin müdaxiləsinə gətirib çıxarıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb. 
azxeber.com BBC-yə istinadən Maduronun keşməkeşli həyat hekayəsini təqdim edir: 
Nikolas Maduro Venesuelada "Bolivar inqilabı"nı həyata keçirmək ideyası ilə yola çıxmışdı. O Uqo Çavesin yetirməsi, tərəfdarı və sirdaşı idi. 
Maduro, Çavesin 5 mart 2013-cü ildə vəfat etməsindən üç gün sonra and içərək dövlət başçısı olur. Həmin tarixdən bəri vəzifəsini tərk etməyib və həm həyata keçirdiyi siyasət, həm də həyat yoldaşı ilə birlikdə sürdüyü yaşam tərzi daim müzakirə mövzusu olub.
Ölkədə yaşanan iqtisadi böhran fonunda yetərli tədbirlər görə bilməməsi, konstitusion və sosial böhranın həll olunmaması, eləcə də müxalifətə qarşı sərt siyasəti Maduro hakimiyyətinin legitimliyinin beynəlxalq aləmdə də sual altına düşməsinə səbəb olub. 
Lisey illərindən aktiv siyasətçi
Maduro hələ lisey illərindən aktiv siyasətlə məşğul olub. Atası həmkarlar ittifaqı sədri olan Maduro, Karakasın kənar məhəllələrindən biri sayılan El Valle rayonundakı Xose Avalos Liseyində oxuyarkən tələbə birliyinin sədri seçilib.
Həmin dövrdəki sinif yoldaşları Maduronu mülayim xasiyyətli, asanlıqla kompromisə gedən və dialoqa açıq biri kimi xatırlayırlar.
O, liseyi son sinifdə tərk edib. Qısa müddət bir rok qrupunda musiqi ifa edib. Daha sonra təhsilini tamamlamaq üçün Kubaya yollanıb.
Venesuelaya qayıtdıqdan sonra Karakas Bələdiyyəsində avtobus sürücüsü kimi işə başlayıb, Venesuela Sosialist Partiyasına üzv olub. Həmkarlar ittifaqı nümayəndəsi seçilib və 1990-cı illərin əvvəllərində Çavesin ordu daxilində yaratdığı solçu müxalif qrup olan MBR-200-ün mülki qanadına qoşulub.
Həyatındakı dönüş nöqtələrindən biri də həmin dövrdə gələcək həyat yoldaşı Siliya Floreslə tanış olması olub. Flores, 1992-ci ildə uğursuz hərbi çevriliş cəhdindən sonra həbs edilən Uqo Çavesin müdafiə heyətində yer alırdı.
Çavesin həbsdən çıxaraq 1998-ci ildə prezident seçkilərini qazanması Maduro və Floresin də siyasi yüksəlişinin başlanğıcı oldu.
Flores zamanla deputat, parlament sədri və ədliyyə naziri kimi bir sıra vəzifələrdə çalışdı. Maduro isə yeni konstitusiyanı hazırlayacaq Təsisçi Məclisə seçildi. 1990-cı illərdən bəri birlikdə olan cütlük, Maduronun prezident olmasından qısa müddət sonra evləndi.
Maduronun yüksəlişi Çavesin hakimiyyətini möhkəmləndirməsi ilə paralel şəkildə davam etdi. 2005–2006-cı illərdə Parlamentin sədri, 2006-cı ildən sonra isə xarici işlər naziri oldu. 2012-ci ildə Çaves tərəfindən vitse-prezident təyin edildi və həmin il "xələf" elan olundu.
Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?İqtisadi böhranda xarici qüvvələri günahlandırdı
Qərbli diplomatların nəzakətli və sakit biri kimi təsvir etdiyi Maduro, Çavesin vəsiyyətinə uyğun olaraq prezident seçilsə də, sələfi kimi hakimiyyəti möhkəm şəkildə əlində saxlamaqda çətinlik çəkdi.
2013-cü il seçkilərini çox az fərqlə qazandı. İki il sonra keçirilən parlament seçkilərində isə Milli Assambleyada çoxluq müxalif qüvvələrin əlinə keçdi.
Neft qiymətlərinin düşməsi iqtisadiyyata mənfi təsir göstərdikcə, Maduro hökumətinin böhrana qarşı təsirli addımlar atmaması sosial problemlərin artmasına və insanların küçələrə çıxmasına səbəb oldu.
Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan Venesuelada ixrac gəlirlərinin 95 faizi neftin payına düşür. Lakin neft qiymətlərinin kəskin ucuzlaşması gəlirlərin və valyuta axınının azalmasına gətirib çıxardı.
İdxal mallarının tədarükündə çətinliklər yarandı və bu da qiymətlərin sürətlə artmasına səbəb oldu.
Hökumət baş verənlər fonunda effektiv siyasət formalaşdırmaqda çətinlik çəkdi. Bir tərəfdən qiymət artımını məhdudlaşdırmağa çalışdı, digər tərəfdən isə böyük həcmdə pul çap edərək dövriyyəyə buraxdı. Bu isə inflyasiyanın artdığı, pulun dəyərdən düşdüyü bir dövrə yol açdı.
İqtisadi çətinliklər Çavesin "sosialist inqilab" idealının əsas dayaqları olan təhsil və səhiyyə sahələrində göstərilən xidmətlərin də zəifləməsinə səbəb oldu.
Hökumətin sosial tarazlığı qorumaq məqsədilə minimum əməkhaqqını tez-tez artırmasına baxmayaraq, inflyasiya səbəbindən pulun alıcılıq qabiliyyəti azaldı, büdcə kəsiri isə böyüdü. Bir həkimin orta aylıq maaşı təxminən 100 manat civarındadır.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, son beş ildə iqtisadiyyat təxminən 25 faiz kiçilib. BVF həmçinin bu il inflyasiyanın 10 milyon faizə çatacağını proqnozlaşdırır.
Birləşmiş Millətlər Təşkilatı isə 2014-cü ildən bəri iqtisadi səbəblərlə ölkəni tərk edənlərin sayının 3 milyona çatdığını bildirir.
Maduro yaşanan iqtisadi böhranda "xarici qüvvələri" günahlandırdı. Hadisələri Qərbin qurduğu bir plan kimi dəyərləndirdi və iqtisadi problemlərə görə küçələrə çıxan etirazçılara qarşı sərt müdaxilələrə göstəriş verdi.
Maduro ABŞ Prezidenti Donald Trampı "imperator" adlandırdı və iqtisadi böhranın süni şəkildə yaradıldığını iddia etdi. O, başda ABŞ olmaqla Qərb dövlətlərini Latın Amerikasından "əllərini çəkməyə" çağırdı.
2017-ci ildə müxalifətin nəzarətində olan Milli Assambleyanın səlahiyyətləri əlindən alındı və yeni konstitusiyanın hazırlanması üçün Təsisçi Məclisin yaradılması məqsədilə seçkilər keçirildi. Müxalifət bu seçkiləri boykot etdi.
Maduro 2018-ci ilin mayında keçirilən və saxtakarlıq iddiaları ilə müşayiət olunan prezident seçkilərində qalib gəldi və 10 yanvarda and içərək altı illik yeni prezidentlik dövrünə başladı.
Həyat yoldaşı və qalmaqallar
Bir çoxları Maduronun arxasındakı əsas gücün həyat yoldaşı Siliya Flores olduğunu düşünür. Özünü "İlk İnqilabçı Döyüşçü" adlandıran Flores hazırda parlament üzvüdür. Lakin Kanada və ABŞ tərəfindən Venesuelada baş verənlərə görə sanksiya tətbiq edilən şəxslər siyahısına daxildir.
Maduro və Flores avqust ayında keçirilən hərbi parad zamanı partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmək istənilən sui-qəsd cəhdindən xilas olublar.
Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?Ölkəsinin və özünün üzləşdiyi bütün çətinliklərə baxmayaraq, Maduro çox vaxt sanki əhvalını itirməmiş kimi davranmağı seçir. O, hələ də radio proqramı aparır və zaman-zaman "İndi salsa vaxtıdır" kimi şən anonslar səsləndirir.
Sentyabr ayında isə iqtisadi böhranın ən ağır dövründə Maduronun həyat yoldaşı ilə birlikdə İstanbulda "Nusr-Et" adlı lüks restoranda yemək yeməsi böyük ictimai narazılığa səbəb oldu.
Son hadisələr, 2014-cü ildə Guardian qəzetinə verdiyi müsahibədə daxilində gizli bir "hippi"nin yaşadığını, Con Lennon və Led Zeppelin pərəstişkarı olduğunu deyən 63 yaşlı Maduro və Venesuela üçün qeyri-müəyyənliklərlə dolu yeni bir dövrün başlandığını göstərir.
Hazırda ölkədə ciddi iqtisadi çətinliklər yaşanır. Venesuela dünyada ən çox iqtisadi miqrant verən ölkədir. Hiperinflyasiya, elektrik enerjisinin kəsilməsi, ərzaq və dərman çatışmazlığı ölkənin üzləşdiyi problemlərin yalnız bir hissəsidir.

Siyasi       Tarix: 03 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı