Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Avtomobil almaq istədilər, bir milyon manatından oldularPaytaxtda "Kasko Sığorta" şirkətinin adından 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərid Cəlalov ifadə verərək özünü təqsirli bilmədiyini bildirib. O, hakim və prokurorun suallarına cavab verərək zərərçəkənlərlə bağlı məsələlərə aydınlıq gətirib. Cəlalov ittihamda zərərçəkən kimi tanınan şəxslərin əksəriyyətindən aldığı məbləğlərin qarşılığında onlara müxtəlif avtomobillər verdiyini vurğulayıb. Müəyyən şəxslərdən aldığı pulun müqabilində söz verdiyi avtomobilləri onlara təhvil verə bilmədiyini qeyd edib.
"Həmin şəxslər mənim vasitəmlə çox pul qazanıblar, pul qazananda ziyan da çəkiblər" deyərək Cəlalov məhkəmə zalında əyləşən zərərçəkənlərə iradını da bildirib.
Cəlalov ifadəsi zamanı yalnız üç məsələ üzrə özünü təqsirli bilib:
"Kamillə avtosalonda tanış olmuşuq. Maşın alıb gətirirdim, qonşular da görürdü. Zərərçəkmiş Yusif Babayev deyir ki, guya ona 29 min 200 manat ziyan vurmuşam. Bir neçə maşın satmışam. Üç ədəd 7 min manat dəyərində "Toyota Corolla" satmışam. Zərərçəkmiş Elşən Rüstəmov da qonşum olub, onu da Səbuhi gətirib. Deyir 29 min 500 manat pul verməliyəm. Elşən rayon qeydiyyatındadır, neçə dəfə yoldaşının adına maşın sənədləşdirmişəm. Pulunu verdiyi maşınları sənədləşdirib adına salmışam. Beş mini şişirdib 50 min yazıblar".
Zərərçəkən Səbuhi Rüstəmov deyir ki, 42 min 500 manat borcum var:
"Bu məsələ ilə bağlı Kamil Habillinin heç bir rolu yoxdur. Avtomobilləri dörd nəfər tanışının adına sənədləşdirmişəm. Seymura "Pajero", Əhlimana "Santa Fe", Eminə "X-35", Zaura isə "Sonata" vermişəm. Bilal Muradzadəyə 15-20 maşın vermişəm. Deyir ki, 97 min verəcəyim var. Ona bir neçə maşın vermişəm".
Təqsirləndirilən ifadəsi zamanı onu da bildirib ki, zərərçəkmiş Fəxri Cəfərova 197 min 500 manat borcu yoxdur: "O, 55 min manat bir, 30 min manat da bir verib. Qarşılığında hamısına maşın vermişəm. Taleh Mirzəyev deyir ki, 7 min manata borcum var. Onu ümumiyyətlə tanımıram. Rafiq Vəliyevə 3 min manat borcum var, "Toyota Corolla" verməli idim, 700 manatını qaytardım, qalanını verə bilmədim. Üç hadisədə özümü təqsirli bilirəm".
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınıb və onlara ümumilikdə bir milyon manata yaxın ziyan dəyib. Kamil Habilli və Fərid Cəlalov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.//Oxu.az

Hadisə       Tarix: 03 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler cəbhədən video en son xeberleri oxu.az xeberler