Avtomobil hasarı yarıb xəstəxananın həyətinə düşdü - VİDEO
xəbər erir ki, hadisə Mirəsədulla Mirqasımov küçəsində qeydə alınıb.
Belə ki, avtomobilin sürücüsü idarəetməni itirərək, hasarı aşırıb və Kliniki Tibbi Mərkəzin (KTM) həyətinə düşüb.
Qəza nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.
Qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu oxu.az-a açıqlama verib.
O bildirib ki, hadisə bu gün səhər saat 7:20 radələrində baş verib:
"Belə ki, "Hyundai Sonata" markalı avtomobil sürət həddini aşaraq Kliniki Tibbi Mərkəzinin hasarına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Həkim müayinəsindən sonra şəxs evə buraxılıb".
/konkret.az
f Paylaş
ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi