Avtomobillərin icbari sığorta bazarı 54% böyüdü
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 107 mln. 622 min manata yüksəlib.
KONKRET.azAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.9% və ya 37 mln. 720 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında 69 mln. 920 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 64 mln. 770 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.7% və ya 5 mln. 201 min manat çoxdur. Ötən ilin ilk 8 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 59 mln. 505 min manat olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 29.2% azaldıb. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 85.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 8 ayında bu rəqəm 60.2 manata enib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"