Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: "Elçi də göndərmək istədi, razı olmadıq"

Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.
KONKRET.azbildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.
Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Qaçırılan qızın atası Emin Babayev müsahibəsində hadisənin təfərrüatlarını danışıb.
– Emin bəy, hadisə nə zaman baş verib?
– İyun ayının 17-də.
– Qızınız həmin məscidə çoxdan gedirdi?
– Bəli. Uşaq vaxtından.
– Quran kursunu uşaqlara axund keçirdi?
– Xeyr. Əvvəl başqa müəllimə idi. İndi Ayşəgül müəllimənin yanına gedirdi.
– Axund qızınızı həmin məsciddə görüb, tanıyıb?
– Bəli. Axundun 3 il olardı ki, məscidə təyinatı verilmişdi. Burada da yaşayırdı. Əslən Göyçaydandır.
– Axund ailəli idi?
– Ailəli olub. Bir ildən çoxdur ki, boşanıb. Çox yaxşı, mədəni, qanacaqlı xanımı var idi. Onu döyürdü, işgəncə verirdi. Sonra da boşandılar.
– Qızınız evdən ən son nə zaman çıxmışdı? Evdən çıxanda onu kim görüb?
– İyunun 17-də, günorta saat 3-4 radələrində evdən çıxıb. Son zəngə görə, mağazadan paltar götürmüşdü. Bacısı görüb, soruşub ki, hara gedirsən? Deyib ki, paltarları verib qayıdıram. Bacısı anaya, ataya məlumat verməsini istəyib. Qızım deyib ki, zəng vurub deyəcək.
– Qızınızın telefonu var idi?
– Dərslərinə görə telefon almışdım. Dərslərinə də marağı var idi.
– Axundu sonuncu dəfə qəsəbədə nə zaman görüblər?
– Həmin gün qəsəbədə görüblər. Ondan bir gün əvvəl də qəsəbədə olub. Mən cümə namazlarına həmin məscidə gedirdim. Amma son iki cüməyə gedə bilməmişdim. Çünki iş günümə düşmüşdü. Amma qəsəbə camaatı həmin günə qədər axundu məsciddə də, qəsəbədə də görüb.
– Siz polisə nə zaman məlumat verdiniz?
– Elə həmin gün "102 xidməti"nə zəng elədim. Özüm də təcili olaraq Göyçaya getdim ki, qızım orada olar. Ora getdim, gecə qapılarını döydüm, amma açan olmadı. Rayon polisinə gedib məlumat verdim. Dedilər ki, bizim ərazi olmadığına görə şikayətə baxa bilmərik. Səhər yenə də axundun evinə getdim. Anası və qardaşı evdə idilər. Amma dedilər ki, Turabdan xəbərləri yoxdur. Bilirəm ki, yalan deyirlər.
– Abşerona gələndə polisə izahat verdiniz?
– Bəli. Təhqiqatçı Tuncay müəllim izahatımı aldı. Sonra məlum oldu ki, İsmayıllıda Turabın və qızımın ifadəsini alıblar. Tuncay müəllim də onlara dedi ki, siz necə onların ifadəsini ala bilərsiniz? Dedilər ki, İsmayıllı polisində İlkin adında təhqiqatçı onlardan ifadə alıb. Mən də etiraz etdim ki, ərazi Abşerondursa, qızım orada necə ifadə verə bilər? Eşitdiyimə görə Turabın vəzifəli qohumu var. Ona güvənərək bu işi bağlamaq istəyir. Çalışırlar ki, işi elə təqdim etsinlər ki, guya qızım könüllü qaçıb. 16 yaşlı qız necə könüllü qaça bilər? Mən ailəsi, atası olaraq buna razı deyiləm.
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Axund Tahirov Turab
– Axundun qızınızı daha əvvəl narahat etməsi ilə bağlı hansısa məlumatınız olub?
– 4-5 ay əvvəl bir nəfər xanımı bizim evə göndərmişdi. Həmin xanım bizim qəsəbədə müəllimədir. Xanım deyirdi ki, Turabın qızınızdan xoşu gəlir və elçi göndərmək istəyir. Mən də mədəni şəkildə xanımı yola saldım. Başa saldım ki, qızım uşaqdır. Biz heç vaxt buna razı olmarıq.
– Qızınızla bu haqda danışdınız?
– Danışdım. Qızıma hirslənmədim də. Onu başa saldım ki, bu düzgün bir iş deyil. Turab onun atası yaşındadır. Turabın 37 yaşı var. Həm də qızım təhsil almağa həvəsli idi. Biz də ona dəstək olurduq. Bilmirəm, necəsə qızımı aldadıb.
– Axundla bu barədə danışdınız?
– Danışdım. Onu da başa saldım ki, bu mümkünsüz bir şeydir. Onu da vurmadım, təhqir eləmədim, artıq söz demədim. Turab məndən üzr istədi, səhv etdiyini dedi. Mən də düşündüm ki, bu məsələ həll oldu.
– Qızınız evdən çıxanda özü ilə hansısa əşyalarını götürüb?
– Telefonu özündə olub. Əlində olan çantada dəqiq olaraq nə olduğunu bilmirik. Amma şəxsiyyət vəsiqəsi də evdə yoxdur.
– Şəxsiyyət vəsiqəsi evdə olurdu?
– Həmişə evdə olurdu. Düşünürəm ki, gedəndə götürüb.
– Qızınızı məscidə gedəndə qaçırıblar? Kameralara baxmısınız?
– Məscidin kameralarına baxmağa getmişdik. Turab axund otağının qıfılını da dəyişmişdi. Qıfılı açıb otaqda kameralara baxmaq istədik. Məlum oldu ki, kameranın yaddaş blokunu da götürüb. Qəsəbədən necə və nə ilə getdiklərini bilmirəm.
– Hazırda qızınızın harada olması ilə bağlı məlumatınız və ya ehtimalınız varmı?
– Xeyr. Heç bir məlumatımız yoxdur. Mən dövlətimizdən, polisimizdən xahiş edirəm ki, qızımı tapsınlar.

Hadisə       Tarix: 21 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Özünə qəsd edən erməni əsgər ailəsinə son mesajını göndərib

Vardenis şəhərində ölü tapılan müqaviləli hərbi qulluqçu Artak N. ölümündən əvvəl yaxın qohumlarından birinə mesaj göndərib. xəbər verir ki, bu barədə kriminal xəbərlər saytı məlumat yayıb. "Vətənin Müdafiəçisi"

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayı

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)

Avqustun 30-da Qarabağ bölgəsində "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş." şirkətində bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə nəticəsində topoqraf Kənan Hacıyev və onun köməkçisi Məmmədzadə Polad həyatın

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmü

14 yaşlı qız sirkə turşusundan zəhərləndi

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib. -a istinadla xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb. 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci i

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda xabarlar krminal bu gun son xeberler bugun