Aydanla Hökümə Azərbaycanın tarixinə düşdü

Aydanla Hökümə Azərbaycanın tarixinə düşdüXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 
"Qafqazinfo"nun məlumatına görə, Sərəncamla qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
Bununla da Azərbaycanda bu yüksək ordenlə təltif olunanların sayı 7-ə çatıb.  Aydan Rəhimli isə bu ordenə layiq görülən ilk qadın kimi tarixə düşüb.
Sonuncu dəfə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə ötən il Vasif Tağıyev təltif olunub. O, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə bu ordenə dövlət başçısı tərəfindən layiq görülüb.
2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir.
Daha əvvəl 1-ci dərəcəli "Rəşadət" ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.
Qeyd edək ki, "Rəşadət" ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara bir sıra hallarda verilir. Buna fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlər və eyni zamanda, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlər daxildi ki, bu qəhrəmanlığı da təyyarənin bütün ekipak üzvləri göstərib.
Qeyd edək ki, təyyarənin həlak olan digər ekipaj üzvləri - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunublar.
Onu da əlavə edək ki, bu təltifdən sonra Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı oldu. Buna qədər şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülüb. Maraqlıdır ki, Gültəkin Əsgərova da Hökümə Əliyeva kimi 31 yaşında Milli Qəhrəman olub.
Gültəkin, Salatın Əsgərova birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmışdısa, Hökümə Əliyeva 32 ildən sonra bu fəxri ada layiq görülən ilk Azərbaycan qadını olub. / azxeber.com

Sosial       Tarix: 30 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

"WhatsApp" yeni ödənişli abunə xidməti – "WhatsApp Plus"ı istifadəyə verib. xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. . "WhatsApp Plus"

Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir' - Deputat

"Gəlin etiraf edək ki, şəhər mərkəzlərində, qəsəbələrdə və rayon mərkəzlərində də çay yataqları, arxlar və kanallar mövcuddur. Həmin ərazilərdə kol-kosların təmizlənməsi həqiqətən də ciddi problemə çevrilir. Vətəndaşla

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hav

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sekto

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler son xeberler bu gun cəbhədən şad xəbər sonxabar