Ayətullaların gizli kripto birjası üzə çıxdı
"Reuters" agentliyinin araşdırmasına görə, İranın ali rəhbəri Xamenei klanına yaxın olan nüfuzlu Xarrazi ailəsi tərəfindən yaradılmış kriptovalyuta birjası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sanksiyalardan yayınması və milyonlarla dollarlıq vəsaitlərin köçürülməsi üçün əsas mərkəzə çevrilib.
KONKRET.az xəbər verir ki, Xarrazi ailəsindən olan iki qardaş 2018-ci ildə "Agamir" soyadı altında "Nobitex" birjasını təsis ediblər. Bu platforma ABŞ sanksiyalarına baxmayaraq, hətta hazırkı müharibə dövründə belə pul köçürmələrinə imkan verən paralel maliyyə sisteminin mərkəzi qovşağı olub. Məlumata görə, "Nobitex" İran Mərkəzi Bankı və SEPAH da daxil olmaqla, sanksiya siyahısında olan qurumlarla bağlı yüz milyonlarla dollarlıq tranzaksiyalar həyata keçirib. Ölkə əhalisinin 10%-dən çoxunu (təxminən 11 milyon istifadəçi) əhatə edən birja İrandakı kriptovalyuta əməliyyatlarının 70%-nə nəzarət edir.
Sanksiyadan yayınma sxemi dələduzluğa görə məhkum edilmiş iranlı milyarderin sosial şəbəkələrdə paylaşdığı rəqəmsal cüzdan ünvanları vasitəsilə ifşa olunub. Araşdırmalar göstərir ki, "Nobitex" İranın dünya bazarlarına çıxışını təmin edən "körpü" rolunu oynayır və bank sisteminə çıxışı olmayan müttəfiqlərə vəsait ötürülməsinə xidmət edir. Şirkət isə hökumətlə birbaşa əlaqələri inkar edərək, qanunsuz köçürmələrin rəhbərliyin xəbəri olmadan edildiyini iddia edir. Maraqlıdır ki, 2022-ci ildə "Binance" birjasının da "Nobitex"ə ABŞ sanksiyalarından yan keçməklə 7,8 milyard dollar köçürdüyü bildirilir. Hazırda ABŞ-ın "JPMorgan Chase" və "Citibank" kimi nəhəng bankları da bu çirkli pulların yuyulmasında iştirak şübhəsi ilə yoxlanılır.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK