Aygün Bəylər: "Qorxumdan evdən qaçmışdım"

Aygün Bəylər: "Qorxumdan evdən qaçmışdım""Anam 180 rubl maaş alırdı. Mən isə bir oxumaqdan 100 rubl qazandım. Gördüm ki, toylardan yaxşı gəlir gəlir. Bibimin həyat yoldaşının dəstəyi ilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur".
Open.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Şou ATV" verilişində deyib. Xanəndə bildirib ki, atası onun müğənni olmasını istəməyib.
Aygün atasına görə 15 yaşından evdən qaçdığını və tək yaşadığını söyləyib:
"15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Atam məni öldürəcəkdi ki, niyə toyda oxumuşam? Rəfiqəm Elnarənin evində qalırdım. 16 yaşımdan ev tutdum, tək yaşadım. 32 yaşımda isə qızım həyatıma girdi. Tamam başqa Aygün oldum.
2003-cü ildə atam xəstə idi, ömrünün son günlərini yaşayırdı. Həmin vaxt fəxri ad aldım. Necə sevinirdi... Atam ölüm ayağında dedi ki, "Məni bağışla, sənə əziyyət vermişəm. Səni düz tanımamışam. Mənim oğlum elə sən imişsən. Səninlə fəxr edirəm". Atamdan halallıq aldım. Mənə çox əziyyət verib, oxuduğum üçün evə buraxmırdı. Hamı şahidi oldu ki, atam məni bağışladı".
Qızı Canandan bəhs edən A.Bəylər "Canan mənim üçün yeni bir həyat olub. Həyatıma gəlişi ilə aləmi qatdı bir-birinə. Xoşbəxtlik sənət adamı üçün çətindir. Mənə qismət olmayıbsa, çalışıram qızım xoşbəxt olsun. Sənətim barədə xoşbəxtəm, amma həyatımla yox" sözlərini söyləyib. /open.az

Şou Biznes       Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler xabar az qurban bayrami 2026 valyuta mezennesi banklar