Aygün Əliyeva Türkiyədə keçirilən beynəlxalq hüquq konqresində ölkəmizi təmsil edir

Aygün Əliyeva Türkiyədə keçirilən beynəlxalq hüquq konqresində ölkəmizi təmsil edirTürkiyənin Konya vilayətində İslam Dünyası Hüquqşünaslar Birliyinin Beynəlxalq Hüquq Konqresi keçirilir.
azxeber.com xəbər verir ki, tədbir Beynəlxalq Hüquqşünaslar Birliyinin (UHUB) təşkilatçılığı, Konya şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
Konqresdə ölkəmizi Azərbaycan Vəkillər Kollegiyası və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, UHUB-un, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Emin Zeynalov və hüquqşünas Ayşən Əkbərli təmsil edirlər.
Ümumilikdə 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi tədbirdə həmvətənimiz "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması" mövzusunda məruzə ilə çıxış edib.
Konqres "Avrasiya", "Asiya", "Sakit Okean", "Afrika" və "Qlobal Ədalətə Çağırış" mövzularında beş sessiya ilə davam edir.
"Avrasiya" sessiyasında Azərbaycanı təmsil edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn və insan haqlarının pozulması" mövzusunda məruzə ilə çıxış edib.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Aygün Əliyeva ölkəmizi təmsil etməkdən qürur hissi duyduğunu deyib: "İslam Dünyası Hüquq Konqresində "Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn və insan haqlarının pozulması" mövzusunda təqdimatla çıxış etdim. Beynəlxalq platformada ümumbəşəri ədalətə çağırış edərək ölkəmizi təmsil etmək və Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq çox qürurvericidir.
Yekun olaraq bunu vurğulamaq istəyirəm ki, Beynəlxalq Hüquqşünaslar İttifaqının Baş Assambleyasında qurumun İdarə Heyətinin üzvü seçildim və bu, mənim üçün böyük şərəfdir".
Qeyd edək ki, bu il mayın 19-da Beynəlxalq Hüquqşünaslar İttifaqının Baş Assambleyasında keçirilən seçki nəticəsində Azərbaycan və Türkiyədə hüquqşünas kimi fəaliyyət göstərən həmyerlimiz Aygün Əliyeva İdarə Heyətinin üzvü seçilib.

Sosial       Tarix: 22 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri