"Ayı ətini satan "ovçu" cəmiyyətə, dövlətə cavab verməli olacaq" - Nazir

"Ayı ətini satan "ovçu" cəmiyyətə, dövlətə cavab verməli olacaq" - NazirEkologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sosial şəbəkədə ayı ətinin satıması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Open.az xəbər verir ki, Trend-in məlumatına görə, nazir deyib ki, ayı ətini satan "ovçu" artıq saxlanılıb və o, dövlətə cavab verməli olacaq.
Nazirin sözlərinə görə, burada ictimaiyyətin də rolu böyükdür: "Bu xəbər sosial şəbəkədə yayılandan sonra ayı ətini satan insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə çox yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq".
M.Babayev əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanması faktları azalıb: "Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür".
Qeyd edək ki, dünən Qəbələdə ayı əti satmaq istəyən şəxs saxlanılıb. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı "VAZ-2106" markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.
Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib. /open.az

Hadisə       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xeberler en son xəbərlər bugün xeberler bu gun xeber.az 2026