AYİB AccessBank-a 20 milyon ABŞ dolları ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.
azxeber.com xəbər verir ki, razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.
Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək.
Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.
Kredit Azərbaycanda AYİB-in "Gənclər Biznesdə" proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.
AYİB-in "Gənclər Biznesdə" proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.
AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.


Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür