Ayın tutulma dəhlizi insanların həyatını necə dəyişəcək?
Ayın tutulma dəhlizi insanların həyatını necə dəyişəcək?
30 aprel tarixindən Ayın tutulması ilə müşahidə olunan və mayın 16-na qədər davam edəcək tutulma dəhlizi başlayır. Eyni zamanda Ayın tutulması günü Aydan gələn kölgə Günəşi də örtəcək.
Qədim dövrlərdə bu hadisə bəlalar və bədbəxtlik gətirən pis əlamət hesab olunurdu. Bununla bağlı fikirlərini bölüşən astrofizik Anton Biryukov, media astroloqu Vera Xubelaşvili və astroloq, Rusiya Astrologiya Məktəbinin rektoru Mixail Borodaçov "Veçernyaya Moskva" ("Moskva axşamçağı") şəbəkə yayımı efirində tutulma dəhlizinin nə olduğu və onun nə dərəcədə təhlükəli ola biləcəyi barədə məlumat veriblər.
"Mən astronomam və peşəkar astronomiyada "tutulma dəhlizi" ifadəsi işlənmir. Sadə dillə desək, bu termin adı altında iki tutulma arasındakı vaxt intervalı başa düşülür, çünki bu hadisələr adətən cüt və ya üçqat olur. Bununla bağlı müşahidələrdən məlumatı olan bir insan kimi mənim üçün tutulma yalnız həndəsədir deyə bilərəm", – deyə Biryukov açıqlama verib.
Ancaq astroloqlar fərqli nöqteyi-nəzərdən çıxış ediblər.
"Karma" sözünü sevmirəm, amma bu periodlar məhz belə adlanır. Biz hamımız təkrarlanan müəyyən hadisələrdən keçirik və belə çıxır ki, insan eyni ssenarilər üzrə hərəkət edir. Bu, insanların taleyində dövrlərin dərk edildiyi vaxtdır. Əsasən Buğa və Əqrəb, həmçinin Şir və Dolçalar bu təsir altına daha çox düşəcəklər. Bu periodlar insanın Yer üzündəki varlığının, mövcudluğunun mənasını anlaması üçün baş verir. Aprelin 30-u Valpurgiya gecəsi və ya Cadugər gecəsi (qədim inanclara görə, ifritələrin bayramı - red.) olacaq. Mən istəyirəm ki, baş verənlərin miqyası tam olaraq dərk edilsin. Mistik amillər olduqca çox ola bilər. Bu zaman ərəfəsində səfərə getmək və ya hansısa vacib məsələləri həll etmək tövsiyə olunmur", – deyə Xubelaşvili qeyd edib.
Borodaçov isə vurğulayıb ki, istənilən tutulma insanlara psixoloji təsir göstərir. Atmosferdə və biosferdə güclü dəyişikliklər müşahidə olunmur, lakin istənilən tutulma həmişə insanların həm yaxşı, həm də pis keyfiyyətlərini gücləndirir:
"Yaxşı insanlar daha yaxşı, pislər isə daha pis olurlar. Birlikdə olacağınız insanların dairəsini seçmək lazımdır. Ailəniz və dostlarınızla birlikdə olmalısınız. Bu, daha yüksək enerjilər dövrüdür. Emosiyalar həddindən artıq çox olacaq, çünki Ay, Yer və Günəş bir ox üzərində düzüldükdə hətta kiçik bir mübahisə belə davaya, kiçik bir təşəbbüs isə nəhəng bir layihəyə gətirib çıxara bilər".
Mənbə: Rambler.ru /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız