AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
Xəbər verildiyi kimi Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib.
Bununla bağlı məsələyə aydınlıq gətirmək üçün AYNA ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, Əməkdar artist Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşırıq və onun təkliflərini dinləməyə hazırıq:
"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.
Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.
Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik", - deyə qurumdan bildirilib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat