AYNA ümidləri doğrultmadı, ancaq cərimə kəsməkdə maraqlıdır' - Deputat
"İnsanlara alternativ variant təklif etmədən cərimələmək qanunsuzdur və sosial ədalət prinsipinin pozulmasıdır".
azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev feysbuk hesabında bildirib.
Deputat qeyd edib ki, dayanma-durma ilə bağlı problemlər hələ də həll olunmayıb:
"Bu günə qədər Azərbaycan Yürüstü Nəqliyyat Agentliyini (AYNA) müdafiə etmişəm. Amma bu gün müdafiə etmirəm və edə bilmərəm. Xeyli zaman keçib, bu müddət ərzində yollarda nizam-intizam yaradılmalı, dayanma-durma qaydaları oturuşmalı idi. Düşünürdüm ki, bu proses bir müddət eksperiment kimi həyata keçiriləcək, nəticələr – mənfi və müsbət tərəflər – analiz edilərək məsələ öz həllini tapacaq".
Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumunun əsas marağı cərimələrin artırılması təsiri bağışlayır:
"Belə görünür ki, qurum daha çox cərimə kəsməkdə maraqlıdır. Bu, doğru yanaşma deyil. İnsanları nə qədər cərimələmək olar? Əgər sən vətəndaşa alternativ təqdim etmirsənsə, onu cərimələmək həm qanunsuzdur, həm də sosial ədalət prinsipinin pozulmasıdır".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib