Ayxan Hacızadə: "Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırıb.
XİN-dən KONKRET.az-a verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan mətbuatında yayılmış iddiaya əsasən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. Bu xəbəri necə şərh edərdiniz? sualına cavabında A.Hacızadə deyib:
"Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb. Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub".
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir