Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, Ali Baş Komandanın göstərişinə əsasən işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, o cümlədən infrastrukturun bərpa edilməsi məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir.
Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindən Laçın rayonunun Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 kilometrdən çox torpaq örtüklü yollar inşa edilib. Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb.
Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR