Azad olunmuş ərazilərdə fəallıq iqtisadi artıma müsbət təsir edəcək
Azad olunmuş ərazilərdə fəallıq iqtisadi artıma müsbət təsir edəcək
Daxili və xarici tələbin zəif olaraq qalması, habelə pandemiyanın təsiri ilə məcmu təklifin məhdudlaşması şəraitində cari ilin doqquz ayında ÜDM real olaraq 3,9 faiz, o cümlədən, qeyri-neft sektoru üzrə 2,4 faiz azalıb.
Mərkəzi Bankdan verilən məlumata əsasən, iqtisadiyyatın aparıcı sahələrindən olan qeyri-neft sənayesində 10,5 faiz, kənd təsərrüfatında isə 1,5 faiz iqtisadi artım qeydə alınıb.
İlin qalan dövründə və növbəti ildə iqtisadi aktivlik stimullaşdırıcı fiskal və monetar siyasət, davam edən makroprudensial yumşalma ilə dəstəklənəcək. Bu amillər real iqtisadi artımın 2021-ci ildə müsbət zonaya keçməsi ilə bağlı proqnozların reallaşmasını dəstəkləyir.
İqtisadi bərpanın dayanıqlı faktorlara əsaslanmaqla baş verməsi əhəmiyyətli dərəcədə makroiqtisadi sabitliyin bundan sonra da qorunmasından asılı olacaq.
Azad olunmuş ərazilərdə genişmiqyaslı iqtisadi quruculuq işləri də iqtisadi artıma müsbət təsir edəcək. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR