Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar açıqlandı
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar açıqlanıb.
azxeber.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Reyestrin I bölməsinə məlumatlar daxil ediləcək:
1. tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd, qəsəbə);
2. tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış binası və s.);
3. tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət, abidə və s.);
4. tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvanı (mövcud olduqda);
5. tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);
.6. tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan)
7. tikilinin ümumi sahəsi;
8. tikinti sahəsi;
9. tikilinin mərtəbəliliyi (mövcud olduqda);
10. tikilinin fotoşəkilləri;
11. inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar olunmayan inventar nömrəsi;
12. qeydlər.
Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
Söküntü niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi;
4. tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar (sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda): - rəyləri təqdim edən orqan (qurum); - rəylərin təqdim edilmə tarixi; - rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
5. söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının məlumatı;
Tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi.
Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntülər barədə məlumatlar daxil edilir.
Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var