Azad Rəhimov İƏT-in iclasında iştirak edib

Azad Rəhimov İƏT-in iclasında iştirak edibAzad Rəhimov İƏT-in iclasında iştirak edib
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər və İdman nazirlərinin 4-cü Konfransının sədri, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Banqladeşin paytaxtı Dəkkənin İƏT ölkələrinin Gənclər paytaxtı elan edilməsi ilə bağlı keçirilən iclasının açılış mərasimində çıxış edib.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, A.Rəhimov bildirib ki, bu proqramın tolerantlıq, gənclərin inkişafı, onların dünyada baş verən dinamik dəyişiklikləri izləyib, daha yaradıcı və intellektual olmaları üçün xüsusi yeri var.
Dəkkəni gənclər paytaxtı seçilməsi münasibətilə təbrik edən nazirin Azərbaycan hökumətinin İƏT Gənclər Forumuna daim öz dəstəyini göstərdiyini və göstərməkdə davam etdiyini vurğulayıb. O, gənclərin sağlam və parlaq gələcəyinin ölkəmiz üçün prioritet istiqamət olduğunu diqqətə çatdırıb:
"İƏT Gənclər Forumunun əsası 2004-cü ildə Bakıda təşkil olunmuş Baş Assambleyanın iclasında qoyulub. Bununla yanaşı, 2010-cu ildən başlayaraq, ölkəmiz İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iclasına də ev sahibliyi edir. 2019-cu ilin fevral ayından Bakının sədrliyi ilə keçirilən Gənclər və İdman nazirlərinin daimi iclası da dediklərimə əyani sübutdur" deyən A.Rəhimov İƏT Gənclər paytaxtı proqramının əhəmiyyətindən, onun gənclərin inkişafı istiqamətində həyata keçirəcəyi işlərdən və qarşıda gerçəkləşdirilməsi nəzərdə tutulan addımlardan danışıb.
Qeyd edək ki, iclasda Banqladeşin Baş naziri Şeyx Hasina, İƏT-in Baş katibi Yusif bin Ahmad Al-Oteym, Banqladeşin Gənclər və İdman naziri Zahid Ahsan Russel, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Qambiyanın Ədliyyə naziri Daşda A Jallov, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər iştirak edib.
Azad Rəhimov İƏT-in iclasında iştirak edibAzad Rəhimov İƏT-in iclasında iştirak edib

Sosial       Tarix: 28 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı sonxeber cəbhədən son xəbərlər 2026 havanın temperaturu