AZAL-a yeni vitse-prezident təyin olundu
"Azərbaycan Hava Yolları" QSC-yə yeni vitse-prezident təyin edilib, bu vəzifə Samir Rzayevə həvalə edilib.
Bu barədə azxeber.com-a AZAL-dan bildirilib.
Məlumata görə, "AZAL"ın prezidenti Cahangir Əsgərov cümə axşamı "AZAL"ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib.
Samir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.
C. Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə "Maliyyə və investisiya" ixtisası üzrə magistr dərəcəsini alıb.
"AZAL"ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ