AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib - FOTO

AZAL AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib - FOTO
Azərbaycan milli aviadaşıyıcısı (AZAL) "A320neo" və "A321neo" laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 "Airbus" təyyarəsi üçün sifariş verib.
Bununla bağlı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.
"Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə "Airbus" ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək", - deyə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
"Airbus" Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb:
"Bu sifariş "Airbus" və "Azərbaycan Hava Yolları" arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin "A320neo" təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar "Azərbaycan Hava Yolları"nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək".
Hazırda AZAL-ın donanmasına 14 "Airbus" təyyarəsi: 4 ədəd "A319ceo", 6 ədəd "A320ceo", 2 ədəd "A340" və ilin əvvəlindən 3 yeni nəsil "A320neo" təyyarəsi daxildir.
Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.
"A320neo" təyyarələri böyüdülmüş "Sharklets" qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.
"A320neo" ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.
AZAL AZAL AZAL AZAL AZAL AZAL AZAL / oxu.az

Turizm       Tarix: 06 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes meherremlik 2026 valyuta mezennesi banklar kriminal xeber