AZAL "Accelya" ilə əməkdaşlığa başlayır

AZAL AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) beynəlxalq İT şirkəti "Accelya" ilə NDC ("New Distribution Capability") standartına əsaslanan "FLX Select" həllinin tətbiqinə dair müqavilə imzalayıb.
Bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.
"FLX Select" həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.
"FLX Select" eyni zamanda qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.
"FLX Select" həlli "Accelya" şirkətinin "FLX ONE" platformasının tərkib hissəsidir və "Amazon Web Services" (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, "Accelya"nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir. / azxeber.com

İqtisadiyyat       Tarix: 23 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi