AZAL Bakıdan Astanaya uçuşlara başlayır
AZAL Bakıdan Astanaya uçuşlara başlayır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.
Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: .
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: .
Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan "Buta Airways" şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu