AZAL Bakıdan Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib
AZAL Bakıdan Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Avstriyanın paytaxtı Vyanaya uçuşlar üçün yeni endirim aksiyasına start verib.
AZAL-dan verilən məlumata görə, aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır.
Endirimli aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar-11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur. Bakı ilə Vyana arasında reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
AZAL-ın xüsusi təklifi zəngin tarixi memarlığı ilə seçilən və Avropa mədəniyyət və incəsənətinin beşiklərindən sayılan Vyanaya daha sərfəli qiymətlərlə səyahət etmək imkanını yaradır. Endirimli aviabiletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi