AZAL BMT-nin Qlobal Sazişinə qoşuldu
AZAL BMT-nin Qlobal Sazişinə qoşuldu
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olduğunu elan edir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür. O, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.
Aviaşirkətin Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Bu sazişə qoşulmaqla aviaşirkət, həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.
"Bu təşəbbüsə qoşulmaq AZAL üçün əlamətdar bir hadisədir. Aviaşirkət dayanıqlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə yönümlü olduğunu təsdiqləyir ki, bu da onun etibarlı aviadaşıyıcı kimi beynəlxalq nüfuzunu gücləndirir. Təşəbbüs prinsiplərini öz fəaliyyətinə inteqrasiya edən AZAL beynəlxalq arenada mülki aviasiya sahəsində lider aviaşirkətlərdən biri olmağı hədəfləyir", - deyə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev bildirib.
Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyini təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır.
AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb. Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni "Airbus A320neo" təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi