AZAL "Boeing"dən 8 ədəd "787-8 Dreamliner" təyyarəsi alır - FOTO

AZAL AZAL "Boeing"dən 8 ədəd "787-8 Dreamliner" təyyarəsi alır - FOTO
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və ABŞ-ın "Boeing" korporasiyası 8 ədəd "787-8 Dreamliner" təyyarəsinin tədarükünə dair razılıq əldə edib.
Bu barədə AZAL məlumat yayıb.
Təyyarələrin 5-nin 2030-cu ilə qədər, 3-nün isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.
"Azərbaycanın mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarələrinin əldə olunması üçün "Boeing" şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi, aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində "Boeing 787 Dreamliner" təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni "Dreamliner" təyyarələri AZAL-ın Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.
"Boeing 787" təyyarəsi sayəsində AZAL Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib. Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL-la uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və yeni "Dreamliner" təyyarələrinin sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini göstərir", - deyə "Boeing Commercial Airplanes" şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib.
AZAL Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir, donanmasında "Boeing" 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.
Dünyanın aparıcı aerokosmik şirkəti olan "Boeing" 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.
AZAL AZAL AZAL AZAL / oxu.az

Turizm       Tarix: 28 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan